Naxçıvanda beynəlxalq seminar öz işinə başlamışdır

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə) ikigünlük beynəlxalq seminar oktyabrın 28-də öz işinə başlamışdır.

Seminar iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, əziz xatirəsini yad etmişlər.

Tədbirin açılışında Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvan MR-də aparılan məhkəmə-hüquq islahatları barədə məlumat vermişdir.

Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) İdarə Heyətinin sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Naxçıvanda aparılan islahatlara diqqət çəkərək qeyd etmişdir ki, vaxtı ilə ümummilli lider bu gün isə  Prezident İlham Əliyevin apardığı islahatların məntiqi davamı olaraq Naxçıvan MR-də də məhkəmə-hüquq islahatları bütün istiqamətlərdə davam edir.

AHK sədri muxtar respublikada məhkəmə-hüquq islahatlarının çox yüksək səviyyədə həyata keçirildiyini qeyd edərək, qanunun aliliyinin qorunmasında aparılan işləri yüksək qiymətləndirmişdir. O seminarın əhəmiyyətinə toxunaraq bildirmişdir ki, Naxçıvan MR-in hakimlərinin və eyni zamanda hüquq-mühafizə orqanlarının nümayəndələrinin də iştirak etdiyi tədbir İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi baxımından çox əhəmiyyətlidir.

Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer belə bir mötəbər beynəlxalq tədbirin Naxçıvan MR-də keçilməsindən və özünün də ilk dəfə Naxçıvanda olmasından məmnun qaldığını qeyd etmişdir. O, Almaniya Federal Ədliyyə Nazirliyinin ekspertlərini təqdim edərək, qonaqların da ilk dəfə Naxçıvan MR-də olmasını vurğulamışdır. Yüksək qonaqpərvərliyə və seminarın çox yüksək səviyyədə təşkilinə görə bütün təşkilatçılar adından minnətdarlığını bildirmişdir.

Açılış nitqindən sonra “Konvensiyanın yaranma tarixi, məzmunu və beynəlxalq-hüquqi əhəmiyyəti”, “Fərdi şikayətlər və bu şikayətlər üzrə icraat”, “Konvensiya pozuntusunun yoxlanılması qaydası” mövzuları ətrafında məruzələr dinlənilmişdir. Mövzu üzrə Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, almaniyalı ekspert professor Mixaela Vittinqer çıxış etmişlər.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Otto Mallmann, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa çıxış etmişlər.

Sonra məruzələr ətrafında müzakirələr aparılmışdır.

Beynəlxalq seminarda Naxçıvan MR Ali Məhkəməsinin və rayon məhkəmələrinin hakimləri, Naxçıvan MR prokuroru, Naxçıvan MR Ombudsmanı iştirak etmişlər.

Seminar işini oktyabrın 29-da davam etdirəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında