ABŞ-ın Merilend ştatında “Azərbaycanı – texnoloji investisiyalar sahəsində imkanları təqdim edirik” mövzusunda təqdimat olmuşdur

Avropa İttifaqı Azərbaycanda enerjinin səmərəliliyinə dair tövsiyələr təklif edəcəkdir

Avropa İttifaqının İNOGATE proqramının “Şərqi Avropanın və Mərkəzi Asiyanın inşaat sektorunda enerjiyə qənaət üzrə təşəbbüs” (ESİB) layihəsi Azərbaycana tövsiyələr vermək niyyətindədir.

AzərTAc İNOGATE ESİB-in məlumatına istinadla xəbər verir ki, noyabrın 4-5-də layihənin Kiyevdəki mənzil-qərargahında bütün benifisiarların iştirakı ilə konfrans keçiriləcəkdir. Konfransda layihə “İNOGATE ESIB-in tərəfdaşları olan ölkələrin binalarında enerjiyə qənaət sahəsində qanunverici bazanın təhlili” adlı hesabatının yekun variantını təqdim edəcəkdir.

Konfransda Azərbaycana “Enerjinin effektivliyinin artırılması və enerjidən səmərəli istifadə olunması” çərçivə qanunu layihəsi üzrə şərhlər təqdim olunacaqdır.

Enerjinin səmərəliliyi haqqında qanun layihəsi Avropa İttifaqının “Azərbaycanın energetika sektorunda islahatlara dəstək” proqramı çərçivəsində hazırlanmışdır və nəzərdən keçirilməsi üçün hökumətə təqdim olunmuşdur.

İNOGATE ESIB-in rəhbəri Roberto Vayna daha əvvəl bildirmişdir ki, Azərbaycanda işlənib hazırlanmış qanun layihəsinin həyata keçirilməsi üçün azı 20 normativ akt qəbul olunmalıdır, hərçənd perspektivdə onların sayı xeyli çox ola bilər. R.Vayna və Azərbaycan Sənaye və Energetika Nazirliyinin investisiyalar və sənaye müəssisələrinin yenidən qurulması şöbəsinin rəisi Ramiz Rzayev niyyət memorandumunu 2012-ci il noyabrın 2-də imzalamışlar.

İNOGATE ESIB həmin sənədə müvafiq olaraq işgüzar görüşlər, seminarlar və konfranslar keçirəcək, pilot layihəyə texniki dəstək göstərəcək, texniki mütəxəssislər və digər mütəxəssislər üçün tədris turları təşkil edəcək, binaların enerji səmərəliliyi sahəsində qanunvericiliyi və Aİ-nin EPBD2 nömrəli direktivinin icrası perspektivini təhlil edəcək, Azərbaycanda bu sahə ilə bağlı ictimai kampaniya keçirəcəkdir.

Layihə icrası 2013-cü ilin sonunda başa çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında