“Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatı fəaliyyətə başlamışdır

 

Oktyabrın 25-də Naxçıvan şəhərində “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatı istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov demişdir ki, muxtar respublikada özəl sektora dövlət dəstəyinin gücləndirilməsi yeni istehsal müəssisələrinin yaranmasına, sahibkarların fəaliyyət istiqamətlərinin genişlənməsinə şərait yaratmışdır. Bu ilin ötən dövrü ərzində muxtar respublikada 55 istehsal və xidmət sahəsi istifadəyə verilmişdir. 63 istehsal və xidmət sahəsinin yaradılması isə davam etdirilir. Yeni müəssisələrin fəaliyyətə başlaması nəticəsində məhsul istehsalı xeyli artmışdır. Hazırda muxtar respublikada 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Famil Seyidov muxtar respublikada sahibkarlıq fəaliyyətinin inkişafına və istehlakçıların tələbatının daha dolğun ödənilməsinə göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək demişdir: Hər bir ölkənin müstəqil siyasət aparması onun ərzaq və enerji təhlükəsizliyindən asılıdır. Bu gün ölkəmizdə ərzaq və enerji təhlükəsizliyi təmin olunmuşdur. Bu istiqamətdə ardıcıl tədbirlər görülmüş, Dövlət Proqramları qəbul olunaraq icra edilmişdir. Hazırda ölkə iqtisadiyyatında bu iki sahə xüsusi çəkiyə malikdir. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın əsas ərzaq məhsullarına olan tələbatı tamamilə yerli istehsal hesabına  ödənilir.

Ali Məclisin sədri demişdir: Yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatının istifadəyə verilməsi də muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Dövlət dəstəyi ilə yaradılan bu təsərrüfat muxtar respublikada quşçuluğun inkişaf etdirilməsinə hesablanmışdır. Belə ki, yeni təsərrüfatın istifadəyə verilməsi muxtar respublikada idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın qorunmasına, eyni zamanda, bu sahə üzrə fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan təlabatının ödənilməsinə və rentabelliyin təmin olunmasına imkan verəcəkdir. Həmçinin istehsal sahəsinin yaradılması yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

“Rentabelliyin təmin olunması hər bir istehsal sahəsinin inkişafında başlıca şərtdir”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, quşçuluq təsərrüfatında rentabelliyin təmin olunması üçün lazımi şərait yaradılmış, müasir avadanlıqlar quraşdırılmışdır. Ona görə də burada çalışan işçilər yaradılan şəraitdən səmərli istifadə etməli, bu sahənin işini dərindən öyrənməli, üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməlidirlər.

Ali Məclisin sədri quşçuluq təsərrüfatının qurulmasında əməyi olanlara təşəkkür etmiş, kollektivə işlərində uğurlar arzulamış, yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, ümumi sahəsi 2590 kvadratmetr olan damazlıq quşçuluq təsərrüfatında Türkiyə mənşəli avadanlıqlar quraşdırılmış və təsərrüfatda ayda 140 min ədəd damazlıq yumurta istehsal olunacaqdır. Təsərrüfat damazlıq bölməsindən və 64 min başlıq bəsləmə sahəsindən ibarətdir. Müəssisədə 3 ədəd yem saxlama bunkeri və 1 ədəd inkubasiya avadanlığı qurulmuşdur. Bu da muxtar respublikadakı fərdi quşçuluq təsərrüfatlarının damazlıq yumurta və cücəyə olan tələbatını tamamilə ödəyəcəkdir.

Təsərrüfatda sulama, yemləmə, havalandırma, istilik, soyutma və işıqlandırma sistemləri tamamilə avtomatlaşdırılmış  şəkildə idarə olunur. Müəyyən olunmuş qrafikə əsasən, istehsal sahəsində dezinfeksiya işləri də aparılır. Quşçuluq təsərrüfatında 8 nəfər işlə təmin olunmuşdur.

Ali Məclisin sədri muxtar respublikada fərdi quşçuluq təsərrüfatlarının inkişafının dəstəklənməsi, quşçuluq təsərrüfatlarının cins tərkibinin yaxşılaşdırılması və vaxtlı-vaxtında baytarlıq xidmətinin göstərilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında