Siyavuş NOVRUZOV: “Beynəlxalq axtarışda olan Elşad Abdullayevlə görüşməsi Cəmil Həsənlinin məqsədini, müxalifətin xislətini ortaya qoydu”

 

 

 “Cəmil Həsənli və Elşad Abdullayev eyni medalın iki üzüdür. Onun Avropada Elşad Abdullayevlə görüşü də bundan irəli gəlir”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Demokratik Qüvvələrin Milli Şurası”nın prezidentliyə vahid namizədi olmuş Cəmil Həsənlinin Avropa turnesində Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən Elşad Abdullayevlə görüşünə münasibət bildirərkən demişdir.

Elşad Abdullayev haqqında kifayət qədər mənimsəmə, qanunsuz orqan əməliyyatı və digər hüquqa zidd əməllərlə bağlı cinayət işi qaldırıldığını xatırladan S. Novruzov qeyd etmişdir ki, belə insanla görüş C.Həsənlinin məqsədini, müxalifətin xislətini ortaya qoydu: “Onlar üçün oğru, cinayətkar, Azərbaycanın əleyhinə işləyən, xalqın düşməni, kim olur-olsun fərqi yoxdur, təki Azərbaycan iqtidarının düşməni olsun. Bunlar üçün bu qəbuldur. Cəmil Həsənlinin də missiyası bundan ibarətdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında