Avropa Birliyi Xarici Fəaliyyət Xidməti: Ermənistanın AB proqramlarında iştirakına dair protokol Dağlıq Qarabağa aid edilmir

 

Ermənistanın Gömrük İttifaqına qoşulması Avropa Parlamentində sərt tənqid olunmuşdur

Avropa Parlamentində Polşadan olan məruzəçi Tomaş Porembanın “Avropa Birliyi və Ermənistan arasında Ermənistan Respublikasının AB proqramlarında iştirakı üçün ümumi prinsiplərə dair Çərçivə Sazişi” üzrə hazırladığı tövsiyələrlə bağlı müzakirə keçirilmişdir. APA-nın məlumatına görə, müzakirə zamanı Ermənistanın iki ildən artıq dövr ərzində Avropa Birliyi ilə danışıqlar apardığı halda, Vilnüs sammiti öncəsi Gömrük İttifaqına qoşulmaqla AB-ni aldatması və ikili oyun oynaması avropalı deputatların ciddi qəzəbinə tuş gəlmişdir.

Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulması, vətəndaş cəmiyyətinin sıxışdırılması, digər dini icmalar, o cümlədən azsaylı katoliklərə və “Yehovanın Şahidləri” icmasına qarşı dözümsüzlük halları və Ermənistan cəmiyyətində radikalizm meyillərinin daha da artması avropalı parlamentarların diqqətindən kənar qalmamışdır. Yaşıllar Partiyasının nümayəndəsi və Avstriyadan olan U.Lunaçek Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması məsələsini qaldırmış və hazırda Dağlıq Qarabağda yaşayan və Ermənistan vətəndaşı olan şəxslərin Avropa Birliyi proqramlarında iştirakına imkan verilməməsinin vacib olduğunu söyləmişdir.

AB Xarici Fəaliyyət Xidməti deputat sorğusuna aydınlıq gətirərək bildirmişdir ki, Ermənistanın AB proqramlarında iştirakına dair protokol Dağlıq Qarabağa aid edilmir. Belə ki, protokolun 9-cu bəndinə görə onun müddəaları yalnız Ermənistanın öz ərazisinə şamil olunur. Məsələni beynəlxalq hüquq baxımından daha da açıqlayan Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti bəyan etmişdir ki, yalnız Ermənistanın beynəlxalq sərhədləri çərçivəsində tanınmış təsisatları bu proqramlardan faydalana bilərlər. AB ilə Ermənistan arasında viza sadələşdirilməsi rejiminə gəldikdə isə bu sazişin 2-ci maddəsinə görə onun şərtlərinin yalnız və yalnız Ermənistan vətəndaşlarına aid olduğu vurğulanmışdır.

Qeyd olunanlar bir daha onu göstərir ki, Ermənistan tərəfindən müxtəlif addımlara əl atılmasına baxmayaraq, işğal olunmuş ərazilər heç bir zaman beynəlxalq birlik, o cümlədən Avropa Birliyi tərəfindən Ermənistanın ərazisi hesab olunmayıb və olunmayacaq. Ümumiyyətlə, işğal olunmuş ərazilərə AB tərəfindən münasibətdə həssas və artıq formalaşmış bir münasibət var. Əgər Ermənistan AB-ni aldatmayıb, azad ticarət haqqında sazişi imzalasaydı belə, AB onun şərtlərini işğal altında olan Azərbaycan torpaqlarına şamil etməyəcəkdi. Necə ki, sadələşdirilmiş viza rejiminin şərtləri və AB-nin proqramlarında iştiraka dair protokolun şərtləri işğal altındakı ərazilərə şamil olunmur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında