ABŞ-ın Azərbaycandakı səfiri Prezident İlham Əliyevin andiçməsi ilə bağlı bəyanat vermişdir

 

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçməsi ilə bağlı bəyanat vermişdir. 

Səfir bildirmişdir ki, Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində Prezident İlham Əliyevlə və Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir. Diplomat diqqətə çatdırmışdır ki, istənilən tərəfdaşlar arasında olduğu kimi, bizim də çoxlu ortaq maraqlarımız vardır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bundan sonra da  Azərbaycan Hökuməti ilə fəal əməkdaşlıq edəcəklərini vurğulamışdır.

R.Morninqstar, həmçinin diqqətə çatdırmışdır ki, ABŞ-Azərbaycan ikitərəfli gündəliyi geniş və önəmlidir. Buraya regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və iqtisadi şaxələndirmə məsələləri daxildir. Səfir vurğulamışdır ki, rəsmi Vaşinqton növbəti beş ildə Azərbaycan xalqı və Hökuməti ilə əlaqələri  genişləndirməyə və dərinləşdirməyə ümid edir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında