İllinoys ştatının qubernatoru Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar proklamasiya imzalamışdır

 

ABŞ Azərbaycanlıları Şəbəkəsinin hər il keçirilən kampaniyası nəticəsində ABŞ-ın İllinoys ştatının qubernatoru Petrik Kin Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar proklamasiya imzalamışdır.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvlərinə və dünya azərbaycanlılarına ünvanlanmış proklamasiyada 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa olunması faktı qeyd edilmişdir.

Proklamasiyada həm də sahəsi 33 min 440 kvadrat mil təşkil edən, Naxçıvan Muxtar Respublikası və Qarabağ bölgəsinin də daxil olduğu  müasir Azərbaycanın coğrafi mövqeyi barəsində məlumatlar verilmişdir. Sənəddə qeyd edilmişdir ki, Amerika Birləşmiş Ştatları  Azərbaycan Respublikasının ərazi bütövlüyünü,  dövlət suverenliyini və müstəqilliyini qeyd-şərtsiz tanıyır.

Qubernator Petrik Kin Azərbaycanın Müstəqillik Gününün iyirmi ikinci ildönümünün dünyadakı qırx milyonluq azərbaycanlılar tərəfindən qeyd edildiyini və respublikanın banilərinin Qafqazda azadlıq və demokratiyanın genişlənməsinə töhfəsini nəzərə alaraq  xüsusi proklamasiya ilə 2013-cü il oktyabrın 18-ni İllinoys ştatında Azərbaycanın Müstəqillik Günü elan etmişdir.

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında