Azay QULİYEV: Növbəti beş ildə də dövlət siyasətinin ana xəttində Azərbaycan vətəndaşı duracaq

 

Azərbaycan vətəndaşları tam arxayın ola bilərlər ki, onların etimad göstərdikləri Prezident İlham Əliyev bundan sonra da ciddi səylə, milli maraqlara xidmət etməklə işini davam etdirəcək. Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev açıqlama vermişdir.

A.Quliyev vurğulamışdır ki, növbəti 5 ildə də dövlət siyasətinin ana xəttində Azərbaycan vətəndaşı duracaq: “İlham Əliyevin yenidən Prezident seçilməsi o deməkdir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti bundan sonra da davam edəcək”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev inauqurasiya mərasimində etdiyi çıxışında diqqəti ən vacib məsələ kimi Dağlıq Qarabağ probleminin həll olunmasına yönəltmişdir: “Dövlət başçısı bir daha bildirdi ki, Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, Azərbaycanın ordusu bütün potensialı ilə gücləndirilir, müdafiə sənayesinin potensialı artırılır və demək olar ki, Azərbaycan istər demoqrafik, istərsə də hərbi baxımından dəfələrlə Ermənistanı üstələyir”.

A.Quliyev qeyd etmişdir ki, Prezident İlham Əliyev açıq mesaj vermişdir ki, əgər Ermənistan rəhbərliyi doğrudan da, öz xalqının taleyini düşünürsə, işğalçı siyasətindən əl çəkməlidir və Azərbaycanın torpaqlarını azad etməlidir.

Millət vəkili demişdir ki, Azərbaycanın xarici siyasəti ilə bağlı Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycan dövləti müstəqil dövlətdir, onun müstəqil siyasəti var, Azərbaycan dövlətinin apardığı siyasət onun milli maraqlarını ifadə edir, kiminsə diktəsi ilə öz xarici siyasətini müəyyənləşdirmir: “Azərbaycan bölgədə yeganə müstəqil dövlətdir ki, həqiqətən də öz maraqlarını təmin edə bilir. Xarici siyasətdə aparılan bu müstəqil siyasət bundan sonra da davam etdiriləcək”.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı Azərbaycanda bütün neqativ hallarla, xüsusilə rüşvətxorluq və korrupsiya ilə bağlı mübarizənin daha da kəskinləşəcəyini, təkcə inzibati cəza tədbirlərinin deyil, sistemli islahatların aparılacağını da vurğulamışdır: “Hər bir məmur öz vəzifəsini dərk etməlidir, hər bir vətəndaşa vicdanla xidmət etməlidir, vətəndaşın məmnuniyyətini təmin etməlidir, vətəndaş dövlət qulluqçusundan narazı qalmamalıdır”.

Bütün bunlar Azərbaycan xalqının

milli mənafeyinə və Azərbaycan vətəndaşının sosial rifahına ünvanlanan prioritet istiqamətlərdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında