Zahid ORUC: Azərbaycan Prezidentini xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri təvazökarlığıdır

 

Azərbaycan Prezidenti İlham Əliyevi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri kimi onun təvazökarlığı, sadəliyi və hədsiz mehribanlığıdir. Bu yüksək insani keyfiyyətlər bugünkü andiçmə mərasimində də özünü qabarıq şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyevin öz 50 illik yubileyi günü Ağcabədidə məcburi köçkünlərin yanında olması da bu təvazökarlığın təzahürü idi. Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc demişdir.

Z.Oruc bildirmişdir ki, bu baxımdan cənab Prezident çox açıq şəkildə dövlət, hökümət orqanları və bütün vəzifə sahibləri, eləcə də parlament hakimiyyəti üçün yaxşı simvoldur və nümunədir.

Xarici qonaqların andiçmə mərasiminə dəvət olunmamasına gəlincə Z.Oruc demişdir ki, burada xarici qonaqlarla bağlı mütləq tələb yoxdur ki, ayrı-ayrı ölkələrin dövlət başçıları, yaxud mühüm vəzifə sahibləri, o cümlədən, ölkədə akkreditasiya olunmuş səfirliklər dəvət edilsin.

Deputat qeyd etmişdir ki, heç bir ölkədə inauqurasiya mərasimlərinin keçirilməsinin dəqiq, sistemləşdirilmiş protokolu yoxdur:

“Hər bir ölkə bunu özünəməxsus qaydada keçirir və yaxud bir sıra hallarda dövlət rəhbərlərinin seçimi ilə müəyyənləşir. Bəzən ayrı-ayrı ölkələrdə mərasimin özü də ciddi bir siyasi polemika mövzusuna çevrilir. Hətta Rusiyada, yaxud ABŞ-da, o cümlədən Avropa ölkələrində inauqurasiya mərasimlərinə çəkilən xərclər və sərf olunan milyonların özünə belə vətəndaşlardan və yaxud müxtəlif siyasi dairələrdən kəskin reaskiyalar bildirilir. Bir sıra ölkələrdə andiçmə mərasimlərinə milyon dollarla pul xərclənir ki, bu da cəmiyyətdə qınaqla qarşılanır”.

Z.Orucun fikrincə, hər bir rəhbərin, birinci şəxsin andiçmə mərasimi onun xalqa sədaqətlə növbəti dövrdə xidməti ilə müəyyənləşir: “Bu əlamətdar hadisəni yaddaqalan edən, onu daha artıq tutumlu bir mərasimə çevirən bahalı salonlar, yaxud da açıq meydanlar, titullu qonaqlar deyil. Vacib olan xalqın gözləntilərini ardıcıl, mərhələ ilə gerçəkləşdirməkdir. Bu mənada hesab edirəm ki, cənab Prezidentin tutumlu və proqram xarakterli çıxışında -  hər kəs onu dinləyəndə əmin olacaq - çox uzaqgedən açıqlamalar verildi. Düşmən Ermənistana münasibətdə əvvəlki nitqlərindən də daha kəskin fikirlər səsləndi ki, Ermənistan rəhbərliyi hansı addımları atmalıdır. Ölkənin sosial-iqtisadi gələcəyi, o cümlədən, xarici əlaqələri, Azərbaycanın dövlət idarəçilərinin keyfiyyətləri, xalqa münasibət, vətəndaş-məmur əlaqələri və s. ilə bağlı fikir səsləndi. Hesab edirəm ki, 19 oktyabr tarixi millətimizin gələcəyi üçün yaddaqalan və mühüm hadisə olacaqdır. Parlament hakimiyyətin mühüm qoludur. Prezidentlə qanunverici orqan arasında yaxşı bir əməkdaşlıq nümunəsi çox təqdirəlayiq hadisədir: “30-dan artıq ölkədə prezidentlər məhz parlamentdə and içirlər. Hesab edirəm ki, bu prosesi belə də sadələşdirməklə ölkə rəhbəri gələcək dönəmdə siyasətində hər zaman dəyişiklikləri və yenilikləri həyata keçirəcəyini göstərmiş oldu”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında