Aleksey Mitrofanov: “Viza rejiminin tətbiqi heç nəyi həll etməyəcək”

 

 

 

 “Baş verən hadisələr hamını narahat edir. Daha çox Moskva sakinləri narahatdırlar. Əlbəttə ki, bu məsələ çox qəlizdir. Ümumiyyətlə, millətlərarası münasibətlər qəliz məsələdir. Bu məsələni həll etmək üçün bir çoxlarının hesab etdiyi kimi, təkcə polis gücü tələb olunmur. Bir az diplomatik yanaşma lazımdır ki, hər şeyi öz yoluna qoyasan”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata  görə, bu sözləri bir qrup azərbaycanlı jurnalistə açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanov demişdir.

A. Mitrofanov xalq arasında narazılığın olduğunu söyləmişdir: “Bir tərəfdən bu, başadüşüləndir. Lakin digər tərəfdən, demək istəyirəm ki, biz vaxtilə bir ölkənin tərkibində yaşamışıq. 20 ildən çoxdur ki, ayrı-ayrı yaşayırıq. Bizdə ayrı nədir? Büdcəmiz ayrıdır, idarəçiliyimiz ayrıdır. Lakin prinsipcə bizi bir-birimizə çox şeylər bağlayır. Biryulevodakı hadisələr zamanı təkcə xarici vətəndaşlar deyil, Rusiya vətəndaşları da ziyan gördü. Bu məsələləri həll etmək lazımdır. Polislər işini görüb. İndi siyasilər işini görməlidir”.

A. Mitrofanov Dumanın bəzi deputatlarının Azərbaycana viza rejiminin tətbiq olunması ilə bağlı səsləndirdikləri ideyaya da münasibət bildirmişdirib. Onun sözlərinə görə, viza rejiminin tətbiqi heç nəyi həll etməyəcək: “Prezident Vladimir Putin də viza rejiminin tətbiq olunmasının əleyhinədir. Mən özüm də vaxtilə viza rejiminin tətbiqinin tərəfdarı olmuşam. Bu barədə dəfələrlə danışmışam. Lakin indi bu cür fikirləşmirəm. Fikrimcə, viza tətbiq edilməsi bütün problemləri həll etmir. Bəyəm, bizim problemimiz təkcə xarici vətəndaşlarla bağlıdır?! Elələri var ki, onlar Rusiya vətəndaşlarıdır. Problem ciddi və dərindir. Məsələyə kömək edəcək həll yollarından biri diasporun nüfuzlu üzvləri ilə hökumət nümayəndələri arasında dialoqun olmasıdır. Bu, problemin həllinə kömək edə bilər”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında