Polad BÜLBÜLOĞLU: Orxan Zeynalov ilk növbədə konsul dəstəyi, tərcüməçi və vəkillə təmin olunmalıdır

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu  Moskvanın Biryulevo rayonunda baş vermiş  hadisə ilə əlaqədar  Rusiyanın “Dojd”  telekanalına müsahibə vermişdir.  O, Biryulevoda həlak olmuş Yeqor Şerbakovun  doğmalarına və yaxınlarına  başsağlığı vermişdir.

Polad Bülbüloğlu bildirmişdir ki, Azərbaycanın Rusiyadakı səfirliyi  Rusiya DİN-ə təqdim etmək üçün nota hazırlamışdır. Azərbaycan tərəfi notada konsul dəstəyinin  verilməsini tələb edəcəkdir.  Səfir demişdir: “Onun yanına vəkillər, lazım gəlsə,  tərcüməçi buraxılmalı, hər şey hüquqi müstəvidə olmalıdır”.  P.Bülbüloğlunun sözlərinə görə, Azərbaycan DİN-in Rusiyadakı  rəsmi nümayəndəsi  hadisənin araşdırılması  prosesinə qoşulmuşdur.  Səfir demişdir: “Biz  Rusiya tərəfinə bildirdik ki,  Azərbaycan tərəfi  cinayətkarın yaxalanmasına hər cür kömək göstərməyə hazırdır”.

P.Bülbüloğlu bildirmişdir ki,  hər hansı danışıqlar, hər hansı qərarlar,  “havanı yumruqlarla silkələməyə” hər hansı cəhd  məhkəmə qərar çıxarana qədər tamamilə mənasızdır.

Azərbaycan səfiri  Orxan Zeynalovun  yaxalanması  prosesini şərh edərək vurğulamışdır ki,  “bu, bütün prosessual qaydalara ziddir”.  Səfir demişdir: “O əcnəbidir və onunla müvafiq şəkildə davranılmalıdır.  İlk növbədə  konsul dəstəyi, tərcüməçi və vəkil verilməlidir. Adam günahkardırsa,  qanunla layiq olduğu cəzanı almalıdır”.

 Səfir demişdir: “Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Azərbaycan  Cənubi Qafqazda çox mühüm bir ölkədir.  Vladimir Putinin bu yaxınlarda Azərbaycana səfəri  sübut etmişdir ki,  Rusiya  rəhbərliyi, Rusiya Prezidenti Azərbaycana strateji tərəfdaş kimi  yanaşır və  hazırda strateji  münasibətlərin  inkişafı üçün  yeni imkanlar nəzərdə tutulmuşdur”.

 Səfir qeyd etmişdir ki,  Rusiya çoxmillətli, çoxkonfessiyalı dövlətdir və məişət hadisələrini siyasət və isteriya dərəcəsinə qaldırmaq yolverilməzdir.  Azərbaycan səfiri demişdir: “Rusiyaya miqrant axını xeyli  azalmışdır. Hazırda Azərbaycanda  yeni iş yerləri açılır, ölkədə işçi qüvvəsi  çatışmır”.

 Hazırda  Azərbaycanda  Şimali Qafqaz üçün  böyük investisiya layihəsinin hazırlandığını bildirən  P.Bülbüloğlu demişdir: “Biz, bir  qonşu kimi,  bu regionun infrastrukturunun  inkişafına kömək etməyə hazırıq”.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında