Milli Məclisin komitə sədri: “İnsan hüquqları və demokratiya sahəsində MDB-nin heç bir ölkəsi bizimlə müqayisə oluna bilməz”

 

“Rusiyada ağır cinayət törətməkdə ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun yaxalanması zamanı hakimiyyət nümayəndələrinin davranışları insan hüquqları baxımından açıq şəkildə kobud pozuntularla müşayiət olundu”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli demişdir. O, bildirmişdir ki, bütün bu pozuntular Rusiya kimi böyük dövlətin daxili işlər nazirinin hərəkətlərində də özünü göstərdi: “Bu hadisədə milli-dini-irqi tolerantlıq, təqsirsizlik prezumpsiyası, insanın tutulma anından vəkil və tərcüməçi ilə təmin olunmaq hüququ pozulub. Saxlanılan şəxsin ilk andan nümayişkaranə formada işgəncəyə məruz qalması, nazirin kabinetində təhqir olunması və sair məsələlər konvension hüquqların açıq şəkildə pozulmasıdır. Bu baxımdan hesab edirəm ki, insan hüquqları, demokratiya sahəsində MDB-nin heç bir ölkəsi artıq bizimlə müqayisə oluna bilməz”.

Komitə sədri vurğulamışdır ki, Rusiya kimi böyük bir dövlətin ali rütbəli hakimiyyət təmsilçiləri tərəfindən yol verilən bu hallar Qərbin bəzi təşkilatlarının insan hüquqları ilə bağlı qınadığı Azərbaycanda ümumiyyətlə, baş vermir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında