Volfqanq Qrossruk: “Məsələlərin daha çox mənfi tərəfini qabartmaq artıq ATƏT/DTİHB-nin təbiətinə çevrilib”

 

DTİHB-nin seçkilərlə

bağlı metodologiyasını dəyişmək lazımdır

 “Mən də ATƏT PA-nın Azərbaycanda prezident seçkilərini müşahidə edən missiyasında olmuşam. Qeyd edim ki, Azərbaycanda üç il əvvəl keçirilən parlament seçkilərində də iştirak etmişəm və o vaxt ATƏT PA-nın xüsusi koordinatoru vəzifəsini yerini yetirirdim. Çox təəssüf edirəm ki, budəfəki seçkidən bir gün sonra keçirilmiş mətbuat konfransının belə xaotik şəkil alması müşahidə prosesində seçkilərə üç il bundan əvvəlkindən daha az ciddi yanaşıldığını göstərir”.

 Bu sözləri APA -nın Avropa müxbirinə Monteneqronun Budva şəhərində ATƏT-in Parlament Assambleyasnın sessiyasında iştirak edən avstriyalı deputat Volfqanq Qrossruk demişdir.

V. Qrossruk bildirmişdir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu öz şərhlərində daha çox məsələlərin mənfi tərəflərini qabartmağa can atır və bu, artıq DTİHB-nin bir növ təbiətinə çevrilib: “Təəssüflə qeyd etməliyəm ki, bu qurum hər dəfə öz müşahidələrində daha çox Qərb və Avropa mətbuatında dərc edilmiş qərəzli yazılara və fikirlərə söykənir, buradan yalnız mənfi elementləri götürməyə çalışır. Bu dəfə də belə oldu. Mən 1990-cı illərdən etibarən Azərbaycandakı seçkilərdə müşahidəçi qismində iştirak etmişəm və düzünü deyim ki, son zamanlar keçirilən seçkilərdə həqiqi irəliləyişə nail olunub. Seçkilərin texniki tərəfləri, seçki komissiyalarının formalaşdırılması və təkmilləşdirilməsi sahəsində gözə çarpacaq qədər müsbətə doğru dəyişikliklər olub. Mən şəxsən seçkilərin keçirildiyi gün olduğum məntəqələrdə hansısa mənfi hadisənin şahidi olmadım. Bu seçkilər ümumilikdə yaxşı təşkil edilmişdi. Seçkilərdə baş vermiş saxtakarlıqlar haqda danışanda əlbəttə ki, konkret faktlara söykənməliyik. Yəni, necə, harda, nə zaman, kimlər tərəfindən və s. DTİHB-nin apardığı müşahidələrindəki qeyd və hesabatları isə heç vaxt konkret faktlara söykənmir və həmişə kimlərinsə haçansa söylədiklərini, nələrisə əsas götürürlər. Seçkilərdə bu və ya digər formada mənfi hadisələr bütün ölkələrdə baş verir. Misal üçün bu yaxınlarda Avstriyada keçirilmiş seçkilərdə də seçki komissiyasının rəhbəri ilə bağlı müəyyən qalmaqal olmuşdu. ATƏT-in isə ümumiyyətlə təşkilat olaraq seçkiləri müşahidə etməsindəki bu ikitirəlik dayandırılmalı və yeni metodlar işlənməlidir. Özü də bu, tək Azərbaycandakı seçkilərlə bağlı deyil, ümumiyyətlə DTİHB-nin seçkilərlə bağlı metodologiyasını dəyişmək lazımdır.

Çünki bu qurumun bu gün həyata keçirdiyi standartlar artıq 20 ildir aparılır. Dünya dəyişib, çox şey dəyişib, seçkilərdə baş verən əyriliklərin forması da dəyişilib. Belə bir vəziyyətdə yeni standartlar və metodologiyalar tapıb işləməliyik. Ən əsası isə ATƏT PA ilə DTİHB arasında yeni iş prinsiplərinə söykənən yeni münasibətlər yaradılmalıdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında