Avropa Birliyinin müşahidəçisi: “Bizim müşahidələrimizin nəticələri ATƏT/DTİHB hesabatı ilə uyğun deyil”

 

 

ATƏT/ DTİHB-nin hesabatı demokratik seçki sisteminin qurulmasında Azərbaycanın atdığı addımları tam ədalətli əks etdirmir.

“Azərbaycanda oktyabrın 9-u keçirilən prezident seçkilərində apardığımız müşahidələr ATƏT/ DTİHB-nin hesabatı ilə uyğun deyil. Hesab edirəm ki, bu hesabat demokratik seçki sisteminin qurulmasında Azərbaycanın atdığı addımları tam olaraq ədaləti əks etdirmir”.

Bunu APA-ya Avropa Birliyinin Regionlar Komitəsinin Estoniyadan olan və Azərbaycanda keçirilmiş prezidenti seçkilərində müşahidə aparan üzvü Kadri Tillemann demişdir.  Onun sözlərinə görə, 8 nəfərdən ibarət və müxtəlif siyasi baxışlara malik nümayəndə heyətinin əsas məqsədi seçki prosesini texniki nöqteyi-nəzərdən müşahidə etməkdən ibarət olub: “Bizim məqsədimiz seçkilərdən öncə və sonra baş verən prosesləri qiymətləndirmək deyildi. Şəxsən mən Bakıda 11 seçki məntəqəsini ziyarət etdim və pozuntulara rast gəlmədim. Mən ATƏT/ DTİHB hesabatı ilə tanışam və tam aydındır ki, bizim müşahidələrimizin nəticələri bu hesabatla uyğun deyil”.

Qeyd edək ki, oktyabrın 6-dan 10-na kimi ölkəmizdə olan Avropa Birliyinin Regionlar Komitəsinin prezident seçkiləri ilə bağlı yaydığı hesabatda deyilir ki, seçkilər əsas demokratik normalar və prinsiplərinə uyğun keçirilib. Bəyanatda eyni zamanda qeyd olunur ki, səsvermə sakit şəraitdə keçirilib, vətəndaşlar azad şəkildə öz iradələrini ifadə ediblər, hər hansı pozuntuya yol verilməyib.  Bəyanatda o da qeyd olunur ki, komitə Azərbaycanı beynəlxalq demokratik standartlara, xüsusilə ATƏT və Avropa Şurasının qətnamələrinə və götürdüyü öhdəliklərinə cavab verməsi istiqamətində işini davam etməyə həvəsləndirir.

Komitə ATƏT PA və ATƏT/ DTİHB da daxil olmaqla Azərbaycanın tərəfdaşlarını nöqsanlarla birgə tərəqqini də qeyd etməyə, Azərbaycanla konstruktiv dialoqu davam etdirməyə çağırır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında