ABŞ-ın konqresmen və senatorlarından, Nümayəndələr Palatasının üzvlərindən Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir

 

ABŞ-dan olan konqresmen Çarlz Dent, senator Linda Koleman, Nümayəndələr Partiyasının üzvləri Rodrik Hempton Skott, Lans Quden, Co Dorman, Mark Takai, Hank Zuber, Skott Pelat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 9 oktyabr seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik etmişlər.

Konqresmen Çarlz Dentin təbrik məktubunda deyilir: “Sizə prezident seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Azərbaycan-ABŞ münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əmin olduğumu bildirir, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Senator Linda Koleman təbrik məktubunda yazır: “Hörmətli Prezident İlham Əliyev, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Sizin rəhbərliyinizlə uğurlu sosial siyasətin aparılmasını, yoxsulluğun aradan qaldırılmasını, 400-dən çox regional səhiyyə müəssisəsinin açılmasını, təhsilin inkişafı sahəsində qazanılan uğurları yüksək qiymətləndirirəm. Cənab Prezident, mənim Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi qəbul edin. Sizə ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram”.

İnamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Nümayəndələr Palatasının üzvü Rodrik Hempton Skott yazır: “Azərbaycan xalqını azad seçimi və bu demokratik prosesdə qələbəniz münasibətilə Sizi təbrik edirəm. Bu, əlbəttə ki, hər bir siyasi xadimin öz vətəndaşlarından ala biləcəyi ən yüksək qiymətdir. Sizin liderliyiniz altında Azərbaycan ABŞ-ın, Avropanın, Asiyanın və Yaxın Şərqin yolayrıcında ən sadiq regional tərəfdaşına çevrilmişdir. Bu məsələdə Sizin böyük xidmətləriniz vardır. ABŞ-Azərbaycan əlaqələri bir sıra istiqamətlər üzrə uğurla inkişaf edir və Sizin səyləriniz sayəsində bunun davamlı olacağına inanıram. Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram”.

Nümayəndələr Palatasının üzvü Lans Quden: “Hörmətli Prezident Əliyev, Sizi 9 oktyabr seçkilərində parlaq qələbəniz münasibətilə təbrik edirəm. Sizin yüksək səyləriniz, qətiyyətli mövqeyiniz sayəsində Azərbaycan-ABŞ əlaqələri son 10 ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. ABŞ-Azərbaycan iqtisadi əlaqələri çox dərindir. Siz bu əlaqələri yeni təşəbbüslərlə zənginləşdirmisiniz. Bu əlaqələrin çox yaxşı normativ-hüquqi bazası vardır. Əminik ki, bütün sahələrdə əlaqələrimiz qarşıdakı illərdə də davam edəcəkdir. Bu məsələdə biz Sizə çox inanırıq. Sizə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Nümayəndələr Palatasının üzvü Co Dorman yazır: “Hörmətli Prezident Əliyev, Sizin bu seçkilərdəki qələbəniz xalqınız qarşısındakı müstəsna xidmətlərinizin təsdiqidir. Sizin hakimiyyətiniz illərində Azərbaycanın ABŞ ilə bir çox sahələrdə tərəfdaşlıq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənmişdir. Mən əminəm ki, Sizin rəhbərliyinizin növbəti mərhələsində Azərbaycan daha da inkişaf edəcəkdir. Azərbaycan bu gün Sizin liderliyinizlə regionun nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Sizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edirəm”.

Azərbaycanın ABŞ-ın etibarlı ticarət tərəfdaşı olduğunu bildirən Nümayəndələr Palatasının üzvü Mark Takainin məktubunda deyilir:

“Biz amerikalı qanunvericilər Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli roluna görə Sizə təşəkkür edirik. Bu məsələ məhz Sizin Prezidentliyiniz dövründə prioritet xarakter almışdır. “Cənub qaz dəhlizi” üçün əhəmiyyətli olan Trans-Anadolu və Trans-Adriatik təbii qaz boru kəmərləri Azərbaycanın təbii ehtiyatlarının strateji əhəmiyyətini təsdiq edir. Bu kəmərlər həm Azərbaycanın rolunu, həm də bizim avropalı müttəfiqlərimizin enerji təhlükəsizliyini gücləndirir. Azərbaycanın inkişafı və yeni təşəbbüslərinizin reallaşması işində Sizə uğurlar arzulayır, seçkilərdəki qələbəniz münasibətilə Sizi bir daha təbrik edirik”.

Nümayəndələr Palatasının üzvü Hank Zuber də Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edərək yazır: “Növbəti seçkilərdə seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən ali dövləti vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə dərin inamının təsdiqidir. Seçkilərin ədalətli, şəffaf, demokratik keçirilməsi münasibətilə Azərbaycan xalqını və Sizi təbrik edirəm. Azərbaycan bir çox millətlərin, dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı tolerant ölkədir. Bu amillər Azərbaycan cəmiyyətinin fundamental dəyərləridir. Sizin ölkəni güclü edən də məhz bu dəyərlərdir. Cənab Prezident, Sizi bir daha təbrik edir, Azərbaycanı daha da irəliyə aparmaq işində Sizə yeni-yeni uğurlar arzulayıram”.

Prezident İlham Əliyevi

9 oktyabr seçkilərində qələbə qazanması münasibətilə təbrik edən Nümayəndələr Palatasının üzvü Skott Pelat isə təbrik məktubunda ABŞ-Azərbaycan əlaqələrinin inkişafına əminliyini bildirərək qeyd edir: “ABŞ və Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Bir amerikalı olaraq mən Sizin bu sahədəki xidmətlərinizi yüksək qiymətləndirirəm. Mən Dağlıq Qarabağın sülh yolu ilə Azərbaycana qaytarılmasını arzulayıram. Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə ölkənizi daha da inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram. İnanıram ki, Siz Azərbaycanı daha yüksək inkişaf mərhələsinə çıxaracaqsınız”.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında