Zəhmətin, məhəbbətin, inamın qələbəsi

 

Azərbaycan xalqı bayram içərisindədir. Bu günlər ölkəmizin hər yerində qələbəlikdir. Xalqımızın sevimli oğlu, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin  prezident seçkilərində möhtəşəm  qələbəsi   hər bir azərbaycanlını  ürəkdən sevindirir. Bu qələbə  zəhmətin, xalqa məhəbbətin, inamın  qələbəsidir.

Əgər 2003-cü ildə keçirilən seçkilərdə  cənab İlham Əliyevin   qələbəsi ulu öndər  Heydər Əliyevin möhtəşəm inamına söykənmişdisə, 2008-ci ildəki seçkilər   cənab Prezidentin beş il ərzində  həyata kecirdiyi siyasətin heyrətamiz  nəticəsi idi.  Ulu öndərin  bu seçimdə nə qədər haqlı olduğunu  tarix  bir daha sübut etdi. Bu seçkilərdə  İlham Əliyevin  təntənəli qələbəsi Azərbaycan xalqının Prezidentimizə hədsiz inam və məhəbbətinin real nəticəsidir. Seçkilər bir daha sübut etdi ki,  özünü doğma Vətənimizin ali məqsədlərinə, sarsılmaz ideyalarına həsr edən fədakar, qətiyyətli, cəsarətli, prinsipial rəhbəri bütün Azərbaycan xalqı ürəkdən sevir, dəstəkləyir, təqdir edir. Son 10 ildə cənab Prezidentin əsrə bərabər fəaliyyəti, sərhədləri aşan uğur və nailiyyətlərimiz Azərbaycanı regionda lider dövlətə çevirməklə onun şöhrətini bütün dünyaya yaydı. Ölkəmizdə həyata  keçirilən  davamlı siyasət sayəsində  Şərq və Qərb mədəniyyətini özündə ehtiva edən Azərbaycan müstəqil, modern dövlət kimi dünyanı heyrətə salır. Azərbaycan vətəndaşı üçün bundan daha şərəfli, daha fərəhli bir hadisə təsəvvür etmək çətindir. Buna görə də xalqımızın bu seçkilərdə yekdilliyi bu uğurlu siyasətin davamına, gəncliyimizin gözəl bir cəmiyyətdə əmin-aman, firavan həyatına, Azərbaycanın intibahına böyük inamı deməkdir. Prezidetimizi uzun illər   bu kürsüdə görmək arzusu ilə respublikamızın daha yüksək uğurlara imza atacağına inamımı izhaz edərkən özümü dünyanın ən xoşbəxt anası, vətəndaşı hesab edirəm. Azərbaycanın mədəni irsini yaşadan, onu bütün dünyaya sevdirməyi bacaran, orijinal layihələri ilə cənab Prezidentin böyük  əməllərinə dayaq olan, Azərbaycan qadınını ləyaqətlə təmsil edən ömür-gün yoldaşı, ölkəmizin birinci xanımı Mehriban xanıma gözaydınlığı verərək bildirmək istəyirəm ki,  Sizə və ailə üzvlərinizə polad kimi möhkəm səhhət, ali fəaliyyətinizdə sonsuz qələbələr arzulayıram!

Nurlana ƏLİYEVA,

 YAP idarə heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri, professor 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında