Xalq müdrikliyinin təntənəsi

 

Son prezident seçkisi bir daha göstərdi ki, ölkəmizdə demokratiya ardıcıllıqla bərqərar olur. Dünya bir daha gördü ki, Azərbaycan xalqı öz taleyini həll etməkdə tam müstəqildir, müdrik qərar qəbul etmək iqtidarındadır.

Xalq artıq 10 ildir ki, ulu öndər Heydər  Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyevin nəyə qadir olduğunu ölkə miqyasında və öz şəxsi həyatında görür, yüksək qiymətləndirir. O, 2008-ci ildə andiçmə mərasimində vəd etdiyi kimi, hər bir vətəndaşın prezidenti olaraq ölkə əhalisinin ehtiyac və tələblərini gündəlik fəaliyyətinin prioritetinə çevirmiş, dövlətin inkişaf istiqamətlərini məharətlə müəyyənləşdirməyi bacarmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və icrasını  şəxsi nəzarətində saxladığı müxtəlif sahələr üzrə dövlət inkişaf proqramları buna parlaq  misaldır. Məhz həmin proqramların uğurlu nəticəsidir ki, son 5 ildə ümumi daxili məhsul 3,5 dəfə artmışdır. İlham Əliyevin hakimiyyətə gəldiyi illə müqayisədə isə bu göstərici, təxminən 2 milyard dollardan 25-30 milyard manata çatmışdır.

Son illərdə ölkəmizdə təhsil və səhiyyənin, sosial-mədəni həyatın yüksəlməsi də Prezident İlham Əliyevin adı ilə bağlıdır. Aparılan sosialyönümlü islahatlar xüsusi qeyd edilməlidir. Əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində dövlət başçısının atdığı addımlar mütəmadi xarakter daşıdığından ölkə vətəndaşlarının rəğbətini qazanmaqla yanaşı, dünya dövlətlərinin də həsədaparıcı marağına səbəb olmuşdur. Prezidentin diqqət və  qayğısı ilə ərsəyə gəlmiş güclü pensiya sistemi öyrənilib, digər dövlətlərdə də tətbiq edilməkdədir.

Sevindiricidir ki, ölkəmizdə möhkəm siyasi sabitlik hökm sürür, yoxsulluq minimum həddə düşüb, məşğulluğun səviyyəsi aydan-aya artır.

Prezident İlham Əliyevin dövlət başçısı seçkilərində, ilkin məlumata görə, 80 faizdən çox səs toplamağı onun Vətənə, xalqa məhəbbətinin, dövlətçiliyə sədaqətinin halal bəhrəsidir. Seçkilərin demokratik şəraitdə,  şəffaf və normal başa çatması Azərbaycana dünya dövlətlərinin etimadını, onun beynəlxalq aləmdə nüfuzunu daha da artırdı.

Xalqımızın bütün zümrələri, o cümlədən respublika həmkarlar ittifaqının fəalları və üzvləri  ölkə rəhbəri kimi cənab İlham Əliyevin yürütdüyü siyasi, iqtisadi və xarici siyasət kursunu ürəkdən bəyənir və gələcək uğurlara möhkəm inanır. Bu inama arxalanaraq respublika həmkarlar ittifaqlarının bir milyon yarımdan çox üzvü hələ ilin əvvəlində keçirilmiş AHİK-in IV qurultayında indiki prezident seçkilərinə dövlət başçısı İlham Əliyevin yenidən namizədliyini irəli sürmüşdü və bu barədə ali məclisimiz qərar qəbul etmişdi.

Həmkarlar ittifaqları lideri kimi, mən tez-tez əhali arasında olur, işçilərlə söhbətlər aparıram. Müşahidələrimə əsasən, deyə bilərəm ki, ölkəmizdə gedən abadlıq, tikinti işləri, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, bölgələrin tarazlı inkişafı əhali tərəfindən böyük məmnunluqla qarşılanır.

Xalqımızın əvəzolunmaz rəhbəri, ulu öndər Heydər Əliyevin ideya və əməllərinin mahir davamçısı İlham Əliyevi bir milyon altı yüz min həmkarlar ittifaqı üzvü və öz adımdan prezident seçkilərində qələbə çalmağı münasibətilə səmimi qəlbdən təbrik edir, dövlət başçısı kimi ona gələcək fəaliyyətində uğurlar diləyirəm.

Səttar MEHBALIYEV,

AHİK-in sədri, Milli Məclisin üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında