Prezidentin Mətbuat Xidmətinin Məlumatı

 

Oktyabrın 11-də İsrail Prezidenti Şimon Peres Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Şimon Peres Prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, Prezidentlik fəaliyyətində ona uğurlar arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Prezidentinə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Azərbaycanla İsrail arasında əlaqələrin müxtəlif aspektlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Prezidentin Mətbuat Xidmətinin  məlumatı

Oktyabrın 11-də Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Bidzina İvanişvili prezident seçkilərində əldə etdiyi böyük qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında