Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat vermişdir

 

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bəyanatda seçkilərin yerli qanunvericiliyə tam uyğun keçirildiyi və yüksək seçici fəallığının qeydə alındığı diqqətə çatdırılmışdır.

Vurğulanmışdır ki, ümumilikdə 5492 seçki məntəqəsi yaradılmışdır ki, onlardan 37-si xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində təşkil olunmuşdur. Qeydə alınmış 5 milyon 145 min seçicinin 72,31 faizi səsvermədə iştirak etmişdir. Seçkilərdə 10 namizəd mübarizə aparmışdır. Azərbaycan Mərkəzi Seçki Komissiyanın ilkin məlumatına görə, hazırkı dövlət başçısı İlham Əliyev səslərin 84,55 faizini toplamışdır.

Nazirliyin bəyanatında qeyd edilmişdir ki, Azərbaycan hökumətinin və parlamentinin dəvət etdiyi 53 mindən artıq müşahidəçi, o cümlədən 1300 beynəlxalq müşahidəçi seçkilərdə uzunmüddətli və qısamüddətli müşahidələr aparmışlar. Müşahidəçilər 100 ölkəni, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, MDB, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi 50 beynəlxalq və qeyri-hökumət təşkilatını təmsil etmişlər.

Bəyanatda müxtəlif beynəlxalq təşkilatların seçki ilə bağlı qiymətləndirmələrinə də yer ayrılmışdır. Bildirilmişdir ki, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti müşahidəçilərinin birgə bəyanatında seçki prosesinin azad, ədalətli və şəffaf keçirildiyi, seçki prosedurlarının seçki ərəfəsində və seçki günü peşəkar və dinc şəkildə həyata keçirildiyi qeyd olunmuşdur. ATƏT Parlament Assambleyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının məlumatına görə, Mərkəzi Seçki Komissiyası seçki üçün texniki hazırlığı səmərəli görmüşdür. MDB-nin seçki müşahidə missiyası isə seçkilərin demokratik, obyektiv və legitim olduğunu bildirmişdir. İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyası da seçkiləri uğurlu, azad və ədalətli qiymətləndirmişdir. Bu da Azərbaycanda demokratiyanın möhkəmlənməsi istiqamətində vacib nailiyyətdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında