ATƏT-in seçkiləri qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen: Azərbaycanda seçkilər azad, şəffaf və ədalətli keçirilmişdir

 

 

 

ATƏT-in seçkiləri qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə dair xüsusi bəyanatla çıxış etmişdir. Mişel Vuazenun bəyanatında deyilir: “Hesab edirəm ki, AŞPA və Avropa Parlamentinin, eyni zamanda, ATƏT-in seçkiləri qısamüddətli missiyasının müşahidəçilərinin prezident seçkiləri ilə bağlı qeyd etdikləri müsbət cəhətlər DTİHB-in hesabatında əksini tapmamışdır. Halbuki seçkinin nəticələri təkzibedilməz bir qalibin olduğunu göstərir. Bunu exit-polların da əksəriyyəti təsdiq etmişdir”.

M.Vuazen demişdir ki, xüsusi ixtisaslaşmış müşahidə missiyalarının rəyi də seçki kampaniyasının demokratiya istiqamətində irəliləyiş olduğuna şübhə doğurmadığını göstərir: “Bu, istər namizədlərin sayı, istər onlara televiziya debatlarında bərabər təşviqat kampaniyasında iştirak imkanı yaratmaq, istər nəzərəçarpacaq dərəcədə seçici fəallığı (72 faiz), istərsə də seçkilərin yaxşı təşkil edilməsi və MSK-nın şəffaf fəaliyyətində özünü göstərmişdir”.

 İndiyə qədər Azərbaycanda dörd seçkidə müşahidəçi kimi iştirak etdiyini deyən M.Vuazen bu seçki prosesində Avropa Şurası və ATƏT-in standartlarına yaxınlaşma istiqamətində əhəmiyyətli irəliləyişə imza atıldığını vurğulayaraq demişdir: “Hesab edirəm ki, seçkilər azad, şəffaf  və ədalətli keçirilmişdir. Mən seçkilərlə bağlı Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin rəyinə tamamilə qatılıram”.

 M.Vuazen bu qənaətinin ATƏT/DTİHB-in hesabatında əksini tapmadığını vurğulayaraq demişdir. “Hesab edirəm ki, ATƏT/DTİHB-in hesabatında AŞPA və Avropa Parlamentinin, eyni zamanda, ATƏT-in seçkiləri qısamüddətli missiyasının müşahidəçilərinin qeyd etdikləri müsbət cəhətlər əksini tapmamışdır”.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında