Azərbaycan vətəndaşları öz iradələrini demokratik şəraitdə ifadə etmişlər

 

Azərbaycanda prezident seçkiləri azad,

ədalətli, demokratik və şəffaf keçmişdir.

Bu fikri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov oktyabrın 9-da partiyanın qərargahında keçirdiyi mətbuat konfransında söyləmişdir.

Əli Əhmədov demişdir ki, Azərbaycanda 2013-cü ilin prezident seçkiləri baş tutmuşdur. Seçkilər insanların yüksək fəallığı şəraitində keçmişdir. Həm bütün seçki məntəqələrində YAP-ın çoxsaylı müşahidəçilərinin verdiyi məlumatlar, həm də keçirilmiş “exit-poll”ların nəticələri bunu təsdiq edir.

Budəfəki seçkilərdə seçicilərin mütləq əksəriyyəti öz səsvermə hüququndan istifadə etmişdir. Azərbaycan seçiciləri yüksək fəallıq nümayiş etdirməklə ölkənin həyatında bu çox mühüm siyasi kampaniyaya böyük maraq və diqqət göstərdiklərini sübut etdilər.        Seçkilərin daha bir mühüm əlaməti bütün məntəqələrdə səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun, heç bir ciddi qanun pozuntusu olmadan  keçməsidir. Bir sıra partiyaların isə seçkilərin gedişinə təsir göstərmə cəhdi iflasa uğramışdır.

Əli Əhmədov vurğulamışdır ki, budəfəki seçkilərə beynəlxalq təşkilatlar tərəfindən də böyük maraq göstərilmişdir. Belə ki, dünyanın müxtəlif ölkələrini təmsil edən 1400-ə yaxın beynəlxalq müşahidəçi seçkilərin gedişini izləmişdir.

YAP sədrinin müavini bildirmişdir ki, həm demokratik seçki qanunvericiliyinin olması, həm  seçkilərin demokratik normalara və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün bütün lazımi tədbirlərin görülməsi, həm də Azərbaycan vətəndaşlarının seçkilərə göstərdiyi böyük maraq seçkilərin xalqımızın iradəsini ifadə edəcək formada keçirilməsinə təminat verən cəhətlər kimi qeyd edilməlidir.

Seçicilərin böyük əksəriyyətinin bu seçki prosesində iştirak etməsinin seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün yaradılmış şəraitlə və ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi ilə bağlı olduğunu bildirən Əli Əhmədov xatırlatmışdır ki, seçki kampaniyası dövründə YAP tərəfindən 2500-dən çox müxtəlif səviyyəli tədbir keçirilmiş və bu tədbirlərdə iki milyondan çox seçici iştirak etmişdir.

YAP sədrinin müavini demişdir: “Çoxsaylı müşahidəçilərin məlumatları təsdiq edir ki, İlham Əliyev bu seçkilərdə böyük və inamlı qələbə qazanmışdır. Bu qələbənin kökündə isə son beş ildə Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır. Qarşıdakı dövrdə ötən illərdə həyata keçirilmiş siyasət davam etdiriləcək və bu, Azərbaycana daha böyük uğurlar qazandıracaqdır.

Sonra yerli və xarici jurnalistlərin sualları cavablandırılmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında