Milli Məclisin sədri Oqtay Əsədov prezident seçkilərində səs vermişdir

 

Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri seçicilərin yüksək fəallığı ilə əlamətdar olmuşdur.

Bu fəallıq respublika paytaxtının mərkəzini əhatə edən 23 saylı Nəsimi-Səbail seçki dairəsi 22 saylı seçki məntəqəsində də müşahidə olunmuşdur.

Milli Məclisin sədri Oqtay Əsədov bu məntəqədə səs vermişdir.

Məntəqənin sədri Gülnaz Mehdizadə AzərTAc-a bildirmişdir ki, burada seçici siyahısına 1294 vətəndaşın adı daxil edilmişdir. Səsvermə çox fəal keçmişdir. 

Seçki qanunvericiliyinə müvafiq olaraq xəstə, hərəkət etməkdə çətinlik çəkən seçicilərlə yanaşı, ahıl vətəndaşların da səs verməsi üçün səsvermə qutuları onların evlərinə çatdırılmışdır. Belə seçicilərimizin sayı 22 nəfərdir. Onların səsvermədə iştirakı təmin edilmişdir.

 Ahıl seçicilərdən olan 85 yaşlı Tofiq Mövsümov səhhətindəki problemlərə baxmayaraq, bu mühüm tədbirdə iştirak etmək üçün birincilər sırasında səsvermə məntəqəsinə gəlib öz seçimini etmişdir.

O demişdir: “Ölkəmizdə baş verən müsbət dəyişikliklər, həyata keçirilən böyük işlər məni bir vətəndaş olaraq vadar etdi ki, seçki məntəqəsinə gəlib səs verim. Bunu hər bir qəlbində Vətən sevgisi olan insan etməlidir. Çünki bunu bizdən xalımızın rifahı naminə görülmüş işlər tələb edir”.

Səsvermədə ilk dəfə iştirak edən  Leyla Qarayeva da səsvermənin gedişindən, heç bir kənar müdaxilə ilə qarşılaşmamasından danışmışdır.

22 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici və MDB ölkələrindən olan müşahidəçilər izləmişlər. Yerli müşahidəçilər arasında siyasi partiyaların və gənclər təşkilatlarının nümayəndələri də var idi.

Məntəqədə səsvermənin gedişini müşahidə edən Sloveniya Dövlət Seçki Komissiyasının katibi Duşan Vuçko AzərTAc-ın müxbirinə demişdir ki, Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun keçirilir. Burada seçicilərin sərbəst səs vermələri üçün bütün lazımi tədbirlər görülmüş və seçki məntəqələrinin çoxunda veb-kameralar quraşdırılmışdır.

Azərbaycanda həm də təcrübə topladıqlarını söyləyən xarici müşahidəçi ölkəmizdə keçirilən seçkiləri yüksək dəyərləndirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında