Naxçıvan Muxtar Respublikası demokratiyaya, tərəqqiyə və sosial rifaha səs verdi

 

Oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri günündə seçki prosesinin başlandığı ilk dəqiqələrdən etibarən Naxçıvan Muxtar Respublikasında əhali mütəşəkkilliklə seçkilərdə iştirak etmişdir.

Saat 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsinə gələrək səs vermişdir.

Sonra Ali Məclisin sədri şəhərdə seçki prosesinin gedişi ilə maraqlanmışdır.  Məlumat verilmişdir ki, Naxçıvan şəhərindəki seçki məntəqələrində 50 minə yaxın seçicinin səs verməsi üçün lazımi şərait yaradılmışdır. 4-15 saylı seçki məntəqəsində 1482 seçicinin səs verməsi nəzərdə tutulmuşdur. Saat 12-yə qədər seçki məntəqəsində seçicilərin 37 faizi səs vermişdir.

Ali Məclisin sədri seçki məntəqəsində seçkilərin gedişini izləyən müşahidəçilərlə görüşmüşdür. Onlar muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun təşkil edildiyini və demokratik şəkildə keçirildiyini qeyd etmiş, müşahidəçilərin fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin mətbuat xidməti 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında