Monitorinq: Respondentlərin 86,46 faizi İlham Əliyevə inandıqlarını bildirmişlər

 

Dünən QHT Əməkdaşlıq Alyansı oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı apardığı monitorinqin yekun nəticələrini açıqlamışdır.

Trend-in məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında alyansın həmsədri Rufiz Qonaqov demişdir ki, monitorinqin sentyabrın 12-dən başlayan ikinci mərhələsi artıq yekunlaşmışdır.

R.Qonaqov vurğulayıb ki, bu mərhələdə 5 regionda monitorinqlər aparılıb: “Ümumilikdə, 11 regionda 78 rayon əhatə olunub. Monitorinqdə ümumilikdə 19500 respondent iştirak edib”.

R.Qonaqovun sözlərinə görə, monitorinqin aparılmasında əsas məqsəd əhalinin seçki hazırlığını müşahidə etmək, partiya və namizədlərin reytinqini müəyyənləşdirmək, onların hansı partiya və namizədə inandıqlarını təyin etmək olub: “Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 86,46 faizi Prezident İlham Əliyevə inandıqlarını bildiriblər. Respondentlərin 6,54 faizi Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2,5 faizi Ümid Partiyasının sədri İqbal Ağazadəyə, 2,4 faizi BAXCP sədri Qüdrət Həsənquliyevə, 0,70 faizi ADP sədri Sərdar Cəlaloğluna, 0,44 faizi müstəqil namizəd Zahid Oruca, 0,43 faizi Ədalət Partiyasının sədri İlyas İsmayılova, 0,53 faizi isə digər namizədlərə inandıqlarını bildiriblər".

R.Qonaqov əlavə edib ki, “Bu gün seçkilər keçirilərsə, kimə səs verərdiniz” sualına cavabda da İlham Əliyev böyük üstünlüklə irəlidədir: “Monitorinqə cəlb edilən 19 min 500 nəfərin 86,46 faizi, yəni 16 min 860 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib. Onlardan 6,54 faizi Milli Şuranın namizədi Cəmil Həsənliyə, 2,5 faizi İqbal Ağazadəyə, 2,4 faizi Qüdrət Həsənquliyevə, 2,1 faizi isə “Digər namizədlərə səs verərdim” deyə cavab verib".

Alyansın həmsədri Rəfail Becanov isə deyib ki, monitorinqdə namizədlərin reytinqi ilə yanaşı siyasi partiyaların da yekun reytinqləri öyrənilib.

Onun sözlərinə görə, partiyaların reytinqində birincilik Yeni Azərbaycan Partiyasına məxsusdur.

R.Becanov bildirib ki, partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 16 min 860 nəfəri, yəni 86,46 faizi YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Respondentlərin 2.640 nəfəri, yəni 13.54 faizi digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər.

Alyansın həmsədri Yadigar Məmmədli isə ölkədəki seçki mühiti ilə bağlı çıxış edərək bildirib ki, 11 regionda aparılan monitorinq zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb. O qeyd edib ki, imzatoplama kampaniyası, namizədlərin qeydiyyatı kimi seçki təşviqatı prosesi də özünəməxsus və hər hansı problem müşahidə edilmədən keçirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında