Azərbaycanın hakim partiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ikinci aralıq hesabatını qərəzli sayır

 

Yeni Azərbaycan Partiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair ikinci aralıq hesabatını qərəzli hesab edir.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov cümə axşamı Trend-ə bildirib ki, ATƏT-in bu hesabatı qərəzlidir:

“Bu hesabatın birinci növbədə qərəzliliyi ondan ibarətdir ki, burada demək olar ki, heç bir obyektiv məlumat dərc olunmayıb. Yeni Azərbaycan Partiyasının keçirdiyi görüşlər haqqında verilən məlumat yanlışdır. YAP bu günə qədər Azərbaycanın bütün şəhər və rayonlarında 1800-dən çox görüş keçirib, o cümlədən 39 böyük tədbir keçirib, 5 tədbir isə bu gün keçirilir - yəni 44 tədbir - və burada da insanlar aktiv şəkildə iştirak edir. Lakin təşviqat müddətinin azlığından şikayət edən “Milli Şura” bu günə qədər cəmi 8 görüş keçirib. Onun 3-ü Bakı şəhərində, qalanları isə regionlarda keçirilib və təşviqat kampaniyasının bitməsinə cəmi 4 gün qalıb”.

S.Novruzovun sözlərinə görə bu baxımdan ATƏT Yeni Azərbaycan Partiyasının namizədinə qarşı qərəzli, “Milli Şura”nın namizədinin isə hüquq müdafiəçisi kimi çıxış edir.

Hesabatda AXCP sədri Əli Kərimlinin oğlunun tutulması barədə məsələnin yer almasına münasibət bildirən millət vəkili bildirib ki, kimsə bu və ya digər şəkildə cinayət törədibsə, hansısa dələduzluq edibsə, təbii ki, bunu hüquq-mühafizə orqanları araşdırır və bunun seçkiyə heç bir aidiyyəti yoxdur: “Bu, kiminsə oğlu ola bilər, kiminsə nəvəsi ola bilər. Buna qanun qarşısında heç bir güzəşt ola bilməz. Hər bir şəxs törətdiyi əmələ görə məsuliyyət daşıyır”.

Onun sözlərinə görə, hesabatda bütün namizədlərlə bağlı çox az fikir səslənib, əsas istiqamət, hədəf Yeni Azərbaycan Partiyasına yönəlib ki, bu da tam şəkildə qərəzlidir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında