Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

 

Oktyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 27 və 29 sentyabr tarixli iclaslarının protokolları təsdiqlənmişdir.

Sonra 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədi ilə seçki məntəqələrində  veb-kameraların istifadə edilməsi təcrübəsinin tətbiqinə dair məsələyə baxılmışdır. Qərara alınmışdır ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərdə işğal edilmiş ərazilər istisna olmaqla respublikanın bütün ərazisində, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılsın.

İclasda Azərbaycan Demokrat Partiyasından 8, Ədalət Partiyasından isə 7 vəkil edilmiş şəxs qeydə alınmışdır. MSK-nın iclasında, həmçinin Ümid Partiyasından olan 1 nəfər vəkil edilmiş şəxsin qeydiyyatı öz xahişinə əsasən ləğv olunmuş və onun lövhəciyinin etibarsız hesab edilməsi qərara alınmışdır.

Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərə də baxmışdır. Müraciətlərdən birinin qanunvericiliklə müəyyən olunmuş şikayət verilmə müddəti ötürüldüyündən ərizəçiyə geri qaytarılması barədə qərar qəbul olunmuş, digər iki müraciət isə əsassız olduğundan təmin edilməmişdir.

MSK cari məsələlərə də baxmışdır.

İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında