Avropada yaşayan azərbaycanlılar Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirmişlər

 

Avropada yaşayan azərbaycanlılar oktyabrın 3-də Brüsseldə Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirmişlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, 300 nəfərə yaxın soydaşımızın iştirak etdiyi aksiyada Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalmasına baxmayaraq bu məsələyə beynəlxalq birliyin laqeyd yanaşmasından narahatlıq ifadə olunmuşdur.

Aksiyada Xocalı soyqırımına beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ədalətli qiymət verilməsi ilə bağlı şüarlar səsləndirilmişdir. Aksiya zamanı xüsusi olaraq vurğulanmışdır ki, insan hüquqlarının qorunmasını özünün ali məqsədləri sırasına daxil edən beynəlxalq təşkilatların bir milyondan çox məcburi köçkünün hüquqlarının pozulmasına münasibət bildirməməsi anlaşılan deyildir.

Avropada yaşayan soydaşlarımız Azərbaycanın dünya birliyinə inteqrasiya yolu tutduğunu, Avropa İttifaqı ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdiyini qeyd etmişlər. Soydaşlarımız Avropa Parlamentinin rəsmi şəxslərinin Azərbaycan ilə bağlı söylədikləri fikirlərə də öz etirazlarını bildirmişlər.

Qeyd edilmişdir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynasa da, nədənsə qitə dövlətləri, Azərbaycanın qarşılaşdığı problemlərə biganə qalmaqda davam edirlər. Aksiyada Azərbaycanın demokratiya və hüquqi dövlət quruculuğu yolunu seçdiyini ifadə edən şüarlar da səsləndirilmişdir.

Bundan əlavə, soydaşlarımız azərbaycanlıların Şərqdə ilk demokratik respublika qurmuş bir xalq olduğunu və başqalarının verdiyi dərslərə ehtiyac duymadığını xüsusi olaraq vurğulamışlar.

Aksiyanın sonunda qəbul edilmiş bəyanatda qeyd olunmuşdur ki, son illər müstəqil Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf və siyasi sabitliyin qorunub saxlanması işində böyük uğurlar qazanmışdır. Bütün bunların nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq aləmdə yüksək nüfuz sahibi olan bir dövlət, demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.

Bəyanat müəllifləri Azərbaycanın əldə etdiyi bütün nailiyyətləri yüksək qiymətləndirərək ölkənin milli maraqlarının müdafiəsi üçün səylərini əsirgəməyəcəklərini vurğulamışlar.

Aksiya yerli vaxtla saat 15:00-da (Bakı vaxtilə 18:00) keçirilmişdir. Aksiya dinc şəraitdə keçmiş və heç bir insident qeydə alınmamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında