ABŞ-ın Azərbaycandakı səfiri Mətbuat Şurasında olmuşdur

 

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Mətbuat Şurasında olmuşdur. Bu barədə AzərTAc-a şuradan məlumat verilmişdir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov səfirə rəhbərlik etdiyi qurumun fəaliyyəti və planları barədə məlumat vermişdir. Şuranın şikayətləri araşdırma proseduru haqqında danışan Ə.Amaşov bildirmişdir ki, quruma müxtəlif vətəndaş qruplarından, o cümlədən ayrı-ayrı siyasi partiyalardan müraciətlər daxil olur. Mətbuat Şurası araşdırma prosesində peşə prinsiplərini rəhbər tutaraq heç bir ayrı-seçkiliyə yol vermir.

Əflatun Amaşov amerikalı diplomata mətbuat orqanları tərəfindən qarşıdan gələn prezident seçkilərinin işıqlandırılması ilə bağlı da məlumat vermişdir. Bildirilmişdir ki, seçki kampaniyası müddətində jurnalistlərin prosesi işıqlandırmalarına yaradılmış şəraiti nəzarətdə saxlamaq üçün konkret tədbirlər həyata keçirilir. Kütləvi aksiyalar zamanı aparılan monitorinqlərə toxunan Ə.Amaşov demişdir ki, işlərin intensivliyini artırmaq üçün şuranın mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən əlavə nümayəndələr cəlb olunmuşdur. Ə.Amaşov kütləvi aksiyalarda jurnalist təhlükəsizliyinin təminatının Mətbuat Şurası üçün prioritet vəzifə olduğunu deyərək yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün qurumun “qaynar xətt”inin də fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.

Səfir R.Morninqstar seçkinin hər bir cəmiyyət üçün böyük önəm daşıdığını, prosesin medianın fəallığına da təsirsiz ötüşmədiyini söyləmişdir. Diplomat bu baxımdan Azərbaycan mediasının da həssas mərhələ yaşadığını diqqətə çatdırmışdır. O bildirmişdir ki, mövcud vəziyyətdə ictimai maraqları üstün tutması üçün kütləvi informasiya vasitələrinə vətəndaş cəmiyyəti institutlarının da fəal dəstəyi lazımdır. 

Görüşdə ölkəmizdə söz və mətbuat azadlığının müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Azərbaycan mediasının ABŞ mediası ilə qarşılıqlı təmaslarının və təcrübə mübadiləsi imkanlarının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında