Milli Məclisin payız sessiyasının ilk iclası keçirilmişdir

 

Sentyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il payız sessiyasının ilk iclası keçirilmişdir.

Dövlət himni səsləndirildikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq Azərbaycanın sosial-iqtisadi inkişafından danışmış, bu inkişafda parlamentin rolunu da qeyd etmişdir.

Bildirilmişdir ki, ötən sessiyada Milli Məclisin 15 plenar iclası keçirilmiş, 171 qanun layihəsi, o cümlədən bəzi qanunlara əlavə və dəyişikliklər qəbul olunmuşdur. Deputatlar dünyanın 34 ölkəsinə 84 səfər etmiş, Milli Məclisdə müxtəlif dövlətlərdən gəlmiş 70 nümayəndə heyəti qəbul edilmişdir.

Cari məsələlərin müzakirəsi zamanı deputatlar ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi, Bakı şəhərinin statusu, birinci qrup əlillərin təhsil haqqından azad olunması ilə bağlı qanun layihələrinin hazırlanmasını təklif etmişlər.

İclasın gündəliyi haqqında məlumat verən O.Əsədov Milli Məclisin müzakirəsinə 41 qanun layihəsinin çıxarıldığını bildirmişdir.

Əvvəlcə payız sessiyanın qanunvericilik işləri planı təsdiqlənmişdir.

Sonra deputatlar bir sıra beynəlxalq sənədləri - “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Üçüncü Əlavə Protokolunun (bəyanatlar ilə) təsdiq edilməsi barədə”, “2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) - “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələrini müzakirə edərək qəbul etmişlər.

İclasda, həmçinin “Sosial müavinətlər haqqında”, “Azərbaycan Respublikası mülki aviasiyasının 75 illiyi (1938-2013)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasının “İstiqlal” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Vətən uğrunda” medalının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “İgidliyə görə” medalının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında”, “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında”, “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə”, “Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” və Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli  Qanunu ilə təsdiq edilmiş “Ədalət mühakiməsinin rəsmi embleminin təsviri”ndə dəyişiklik edilməsi barədə” qanunlara dəyişiklikləri müzakirə olunaraq qəbul edilmişdir.

Milli Məclisin iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na, Cinayət, Cinayət-Prosessual, Mülki Prosessual, İnzibati Prosessual və Əmək məcəllələrində, “Dövlət rüsumu haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri ayrı-ayrılıqda müzakirə olunaraq qəbul edilmişdir.

Bununla da Milli Məclisin payız sessiyasının ilk iclası başa çatmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında