“Ronald Reagan House” hesabatı: Azərbaycanın sabit vəziyyəti hakimiyyətin siyasi ardıcıllığı ilə birbaşa bağlıdır

 

 

 

Regionda Azərbaycanın sabit vəziyyəti ölkəni idarə edən elitanın siyasi ardıcıllığı ilə birbaşa bağlıdır. Trend-in məlumatına görə, bu barədə “Ronald Reagan House” təşkilatının 2008-2013-cü illər ərzində Cənubi Qafqaz üzrə hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, Azərbaycan balanslaşdırılmış strategiyanı saxlamaqda davam edir və Cənubi Qafqazın ən zəngin ölkəsi olaraq, üçüncü ölkələrdən asılı olmayan siyasət aparmaq üçün energetika “rıçaq”larından uğurla istifadə edir:

“Qeyd etmək vacibdir ki, ölkə Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildəki siyasi və iqtisadi kursu saxlayır”.

Hesabatda vurğulanır ki, Azərbaycan prezident seçkiləri ərəfəsindədir və böyük ehtimalla İlham Əliyev üçüncü dəfə prezident seçiləcək.

Qeyd olunur ki, energetika “rıçaq”ları sayəsində Azərbaycan üç müxtəlif qüvvə – ABŞ, Rusiya və İranın maraqlarını uğurla balanslaşdıra bilib. ABŞ Azərbaycanı Cənubi Qafqazın çox əhəmiyyətli dövləti kimi görür və respublikaya kifayət qədər diqqət ayırmağa çalışır.

Azərbaycan və Rusiya münasibətlərində son hadisələr ölkələr arasında əməkdaşlığın intensivləşdiyini göstərir.

Son illər ərzində Azərbaycanla Aİ arasında kifayət qədər yaxın münasibətlər davam edir.

Qeyd olunur ki, “Trans-Adriatik” boru kəmərinin (TAP) “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilməsi fonunda Bakı və Brüssel arasında əməkdaşlığın artırılması üçün yaxşı perspektivlər mövcuddur.

Hesabatda həmçinin vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi rəsmi Bakı üçün vacib problemlərdən biri olaraq qalır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında