Prezident seçkilərinin gedişini onlayn rejimdə izləmək mümkün olacaq

 

 

Seçki məntəqələrində quraşdırılmış veb-kameralar vasitəsilə seçkilərin gedişini onlayn rejimdə izləmək mümkün olacaq. Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) MSK-nın rəsmi saytının tam mühafizəsi üçün təhlükəsizlik tədbirləri görür.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış veb-kameralara texniki nəzarət mərkəzinə baxış zamanı jurnalistlərə bildirmişdir ki, oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərən 1000 seçki məntəqəsində, yəni ümumi seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılmışdır: “Məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir. Hazırda bütün seçki məntəqələri ilə birbaşa əlaqə yaradılmışdır və kameralar işlək vəziyyətdədir. Səsvermə günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı olaraq izləyə bilər.”

Nazir müavini qeyd etmişdir ki, 1998-ci ildə bəzi seçki məntəqələrindən informasiyalar müxtəlif nəqliyyat vasitələri ilə daşınmışdır. 2005-ci ildə 500 seçki məntəqəsinə veb-kamera quraşdırılmışdır. 2008-ci ildə 5274 seçki məntəqəsi tam telefonlaşdırılmışdır. 125 dairənin bütün məntəqələrində fiber-optik kabellərlə internet təşkil edilmişdir. 2013-cü ildə isə veb-kameraların sayı 1000-ə çatdırılmışdır. Yeni sistem üzərində qurulan veb-kameraların gələcəkdə sayının daha da artırılması imkanı var. Veb-kameralar vasitəsilə yüksək keyfiyyətli video görüntü yaratmaq imkanı yaranıb. Naxçıvan Muxtar Respublikası ilə peyk vasitəsilə Türkiyə üzərindən, eləcə də İran üzərindən əlaqə yaradılmışdır.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında