MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyası aralıq hesabatını açıqlayıb

 

APA-nın MDB-nin saytına istinadən verdiyi məlumata görə, missiya seçki kampaniyasının monitorinqinə sentyabrın 10-da başlayıb və prosesdə

20 uzunmüddətli müşahidəçi iştirak edir.

Hesabatda deyilir ki, seçkilərin keçirilməsini Azərbaycan Mərkəzi Seçki Komissiyası, 125 dairə seçki komissiyası və 5300 məntəqə seçki komissiyası təmin edir. MSK-nın iclasları barədə əvvəlcədən xəbərdarlıq edilir və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilir. İclaslarda iştirak edən missiya nümayəndələri iclasların açıqlığını, məsələlərin müzakirəsi zamanı kollegiallığa riayət olunmasını qeyd ediblər. MSK-nın rəsmi saytı effektiv fəaliyyət göstərir və orada seçki kampaniyası barədə məlumatlar yerləşdirilir. Dairə və məntəqə seçki komissiyaları üçün metodik izahatlar hazırlanıb, komissiya sədrləri ilə həftəlik kurslar keçirilib. Vətəndaşların seçki prosesinə inamının artırılması, seçkilərin və səslərin sayılması prosesinin açıqlığının təmin edilməsi üçün 1000 veb-kamera quraşdırılıb, bu da ötən prezident seçkiləri ilə müqayisədə iki dəfə çoxdur.

Missiya üzvlərinin müşahidələrinə görə, ölkədə vətəndaşların qarşıdan gələn seçkilər barədə məlumatlandırılması üçün aktiv iş görülür, gənclərin seçki prosesinə cəlb olunması məqsədilə MSK tərəfindən “Mən səs verirəm” layihəsinin təqdimatı keçirilib.

Hesabatda namizədlərin qeydə alınması prosesindən də bəhs edilir. Qeyd olunur ki, MSK-ya seçkilərdə iştirakla bağlı 22 müraciət daxil olub. Onlardan birinin namizədliyi ikili vətəndaşlığı olduğu üçün qeydə alınmayıb.

Sənədin sonunda MDB müşahidəçiləri vurğulayırlar ki, milli müşahidəçilərin seçkilərin monitorinqində iştirak etməsi seçkilərə vətəndaş nəzarətini artıracaq. Hazırda DSK-lar tərəfindən müxtəlif siyasi partiyaları təmsil edən 25000 müşahidəçi qeydə alınıb.

Ümumilikdə isə MDB müşahidəçilərin qənaətinə görə, Azərbaycanda prezidentin seçkiləri ilə bağlı kampaniya Seçki Məcəlləsinə uyğun və sakit şəraitdə keçir.

Monitorinqin yekun nəticələri və qiymətləndirilməsi missiya tərəfindən seçkilərdən sonra təqdim olunacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında