ATƏT PA-nın Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri və tərkibi məlum olmuşdur

 

ATƏT Parlament Assambleyası (PA) sədrinin müavini, ATƏT PA-da Almaniya nümayəndə heyətinin rəhbəri, xanım Doris Barnet ATƏT PA-nın Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının rəhbəri təyin olunmuşdur.

APA-nın məlumatına görə, Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirmişdir ki, təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri, Yunanıstan nümayəndə heyətinin rəhbəri Makis Voridisə isə müşahidə missiyası rəhbərinin müavini vəzifəsi həvalə edilmişdir.

 Müşahidə missiyasına ATƏT PA-nın 25 nümayəndəsi daxildir. Onlardan 16 nəfəri 14 ölkəni təmsil edən deputatlardır.

 Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə məqsədilə ATƏT PA-dakı Fransa nümayəndə heyətinin üzvü Mişel Vuazən xüsusi əlaqələndirici vəzifəsinə təyin olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında