Azərbaycanın müdafiə naziri İtaliyanın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə etmişdir

 

 

 

Sentyabrın 25-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İtaliyanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirləri Ciampaolo Kutillo və İrfan Siddiq ilə görüşlər keçirmişdir.  

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşlərdə hər iki ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərini təbrik edən müdafiə naziri hərbi əməkdaşlığın dərinləşdirilməsinin və hərbi təhsil sahəsində əldə edilmiş razılaşmaların inkişaf etdirilməsinin zəruriliyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda mövcud gərgin hərbi-siyasi vəziyyət barədə də fikir mübadiləsinin aparıldığı görüşlərdə hər iki ölkənin Azərbaycandakı hərbi attaşeləri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında