Əli HƏSƏNOV: “Teledebatlarda namizədlər arasında qalmaqallar digər ölkələrdə də baş verir”

 

“Azərbaycanda prezident seçkiləri öncəsi mühit şəffaf və demokratikdir, bütün məsələlər qanun çərçivəsində tənzimlənir. Seçki institutları öz fəaliyyətlərini qanunauyğun şəkildə qurur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.

Əli Həsənov qeyd etmişdir ki, icra və yerli hakimiyyət orqanları qanun əsasında öz funksiyalarını yerinə yetirir, bununla bağlı heç bir problem yoxdur: “Prezidentliyə namizədlər müvafiq olaraq mətbuatda və yerlərdə təbliğat-təşviqat kampaniyasını həyata keçirirlər. Qanuna müvafiq olaraq, onların həm televiziya və radioda, həm də mətbuatdakı çıxışları bütün ölkə ərazisində yayılır, bu sahədə heç bir maneə, heç bir problem yoxdur. O ki qaldı ayrı-ayrı namizədlərin ətrafındakı insanların toplantılarda, yaxud başqa tədbirlərdə özünü aparması, onların polis orqanları ilə bu və ya digər formada yaranmış qarşıdurması, bunlar hamısı qanun çərçivəsində tənzimlənir. Hakimiyyətin heç kimə qarşı qərəzi, heç kimə qarşı hansısa tədbir həyata keçirmək məqsədi yoxdur. Sadəcə olaraq müəyyən tədbirlər zamanı qarşıdurma yaratmaq, prosesləri pozmaq istəyənlərə qarşı qanun çərçivəsində tədbirlər görülür.

Məsələn, son vaxtlar ayrı-ayrı namizədlərin plakatlarını cırıb, onların təbliğat materiallarına qarşı bu və ya digər hərəkət eləmək istəyən insanlara rast gəlinir. Əlbəttə ki, belə şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir. Bunun nə müxalifətlə, nə seçki prosesi ilə, nə də bütövlükdə ayrı-ayrı namizədlərin fəaliyyəti ilə bağlılığı var. Sadəcə bu, asayişin qorunması, sabitliyin təmin olunması və seçki prosesinin insidentsiz, qanuna müvafiq şəkildə həyata keçirilməsi istiqamətində polisin öz funksiyalarına uyğun olaraq, gördüyü tədbirlərdir”.

Əli Həsənov teledebatlarda prezidentliyə namizədlər arasında baş verən qalmaqallara da toxunmuşdur. O, bildirmişdir ki, belə hallar seçki prosesi zamanı dünyanın digər ölkələrində də müşahidə olunur: “Namizədlərin hamısının debat qabiliyyəti, məsələyə yanaşması eyni deyil. Əlbəttə bu, arzu olunan hal sayılmır. Hər ölkənin seçki institutları istəyir ki, seçki şəffaf, rəvan keçsin, heç bir insident yaşanmasın. Bununla belə, arzu edilən olmasa da, belə halların müşahidə olunması da təbiidir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında