Azərbaycan ilə Türkiyənin gömrük qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Sentyabrın 23-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Metinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

DGK-nın mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, Aydın Əliyev ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə ilə əlaqələrin genişləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını söyləmiş, iki qardaş ölkə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluğunu bildirmişdir.

A.Əliyev iki ölkənin gömrük qurumları arasında əməkdaşlığın mövcud vəziyyətindən, qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından da bəhs etmişdir. Komitə sədri Azərbaycan Gömrük Xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin  müsbət nəticələrindən danışmış, qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. A.Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını sevindirici hal kimi dəyərləndirmiş, gələcəkdə bunun daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə etmişdir.

Fatih Metin Azərbaycan Gömrük Xidmətinin Dünya Gömrük Təşkilatı sədrinin Avropa regionu ölkələri üzrə müavini seçilməsi münasibətilə təbriklərini çatdırmış, qardaş ölkə olan Azərbaycana səfərindən razılıqla söhbət açmışdır. Respublikamızda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdıran türkiyəli qonaq iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların mövcud olduğunu qeyd etmişdir. Bu sahədə gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü deyən Fatih Metin ölkələrimizin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulamış, təcrübə mübadiləsinin ümumi işə faydasından danışmışdır.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun iştirak etmişdir.

Sonra türkiyəli qonaqlar komitədə yaradılmış Hədəf Mərkəzinə baxış keçirmişlər. Bildirilmişdir ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Hədəf Mərkəzinin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Müvafiq görüntülər yerlərdə quraşdırılan 800-dək kamera vasitəsilə birbaşa Hədəf Mərkəzinə ötürülür və buradakı 20 monitorla izlənilir.

Hədəf Mərkəzinin işə ilə yaxından tanış olan nümayəndə heyəti onun üstün imkanlarını yüksək qiymətləndirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında