Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur

 

Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Bu barədə AzərTAc-a Nərimanov Rayon İcra Hakimiyyətindən daxil olmuş məlumatda bildirilir.

Qonaqlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilmişdir.

Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin məzarı da ziyarət olunmuşdur.

Nümayəndə heyəti, həmçinin Şəhidlər Xiyabanına gələrək Vətənimizin azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsini anmışlar.

Sonra Nərimanov Rayon İcra Hakimiyyətində nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Bakının və Həştərxan vilayətinin 2006-cı ildə qardaşlaşmış eyniadlı Nərimanov rayonları arasında əlaqələrin inkişafından danışmışdır.

Nümayəndə heyətinin üzvləri Azərbaycan və Rusiya arasındakı əlaqələrin yüksək səviyyəsindən, o cümlədən ölkəmizdə gördükləri qonaqpərvərlikdən məmnunluqla danışmışlar. Onlar Heydər Əliyev Fondunun dəstəyi ilə bu yaxınlarda Həştərxanda knyaz Vladimirin heykəlinin ucaldılmasını, Heydər Əliyev Parkında yerləşən uşaq şəhərciyinin nəzdində istirahət mərkəzinin açılmasını, ulu öndərin adını daşıyan 11 nömrəli məktəbin nəzdində uşaq bağçasının təməlinin qoyulmasını və cari ilin noyabrında paytaxtımızda Bakı-Həştərxan parkının istifadəyə verilməsini xüsusi qeyd etmişlər. Aparılan bütün tikinti işlərinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın daim nəzarətində olması vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, məhz Heydər Əliyev Fondunun dəstəyi ilə 11 nömrəli orta məktəbdə yenidənqurma işləri aparılmış, Privoljski çayının körfəzində piyada keçidi, həmçinin körfəzin sahilində uşaq şəhərciyi tikilmişdir.

Səfər çərçivəsində həştərxanlı qonaqlar Heydər Əliyev Mərkəzi ilə də tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında