Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

 

Sentyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki

Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 19 sentyabr 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Cəmil Həsənli tərəfindən təyin olunmuş Mənsum Bayramov Mərkəzi Seçki Komissiyasının məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilmişdir.

İclasda prezidentliyə namizəd Cəmil Həsənli tərəfindən təqdim olunmuş 112 nəfərin səlahiyyətli nümayəndə kimi qeydə alınmaları barədə qərar qəbul edilmişdir.

Komissiya prezidentliyə namizəd Cəmil Həsənlinin müraciətinə əsasən, səlahiyyətli nümayəndə Həsən Şıxəliyevin qeydiyyatının ləğvi və MSK tərəfindən ona verilmiş lövhəciyin etibarsız hesab olunması barədə qərar çıxarmışdır.

İclasda seçkiqabağı təşviqat qaydalarının pozulması ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır. MSK barələrində şikayət edilmiş namizədlərdən birinə xəbərdarlıq, digərinə isə ciddi xəbərdarlıq olunması barədə qərar qəbul etmişdir. Həmçinin qərara alınmışdır ki, təşviqat aparmaq hüququna malik olan subyektlər, xüsusilə də “dəyirmi masa” iştirakçıları tərəfindən seçkiqabağı təşviqat aparılarkən qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının və sui-istifadə hallarına yol verilməməsinin zəruriliyi bir daha onların diqqətinə çatdırılsın. Qərarda “dəyirmi masa”nın yüksək keyfiyyətlə təşkili və aparılması üçün qanunvericiliklə müəyyən olunmuş hədlərdə və qaydada daha münasib üsul və vasitələrin müəyyən olunmasının və tətbiqinin zəruriliyinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin diqqətinə çatdırılması da vurğulanmışdır.

MSK cari məsələlərə də baxmışdır.

İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında