Böyük Britaniyanın Avropa Şurasındakı deputatı: “Qərb Azərbaycana minnətdar olmalıdır”

 

 

 

Devid Deyvis: “Hazırda İSAF missiyasının təchizatının 40 faizi Azərbaycanın quru və hava məkanından keçməklə Əfqanıstana daşınır”

“Əfqanıstandakı İSAF qüvvələrinin tərkibində xidmət edən Azərbaycan hərbçilərinə və NATO qoşunlarının mütəmadi dəstəklənməsində Qərb Azərbaycana minnətdarlıq etməlidir”.

 Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, Böyük Britaniyanın Avropa Şurasındakı deputatı, Mühafizəkarlar Partiyasının üzvü, şurada Uels Məsələləri üzrə Komitənin sədri Devid Deyvis bunu AAC-ın Azərbaycanın terrorizimlə mübarizəyə qarşı beynəlxalq koalisiyada iştirakına dair suallarını cavablandırarkən  demişdir.

 D. Deyvis bildirmişdir ki, son illər ərzində Azərbaycan Kosovo, İraq və Əfqanıstandakı sülhməramlı missiyalarda fəal iştirak etmişdir: “Hazırda İSAF missiyasının təchizatının 40 faizi Azərbaycanın quru və hava məkanından keçməklə Əfqanıstana daşınır. Gələn il NATO öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmağa başlayanda “hava körpüsü” məsələsi daha da aktuallaşacaq. Böyük ehtimalla, ağır texnika da Azərbaycan ərazisindən keçəcək. Qazaxıstan vasitəsilə daşınan yük sonradan Xəzər dənizi vasitəsilə göndəriləcək. Həmin yükün NATO-nun Türkiyədəki bazasına çatdırılması isə Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə təmin olunacaq”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında