Dmitri Medvedev: Azərbaycan ilə Rusiya arasında tarixən xüsusi mehriban münasibətlər yaranmışdır

 

 

Rusiyanın Baş naziri Dmitri Medvedevin fikrincə, Bakı və Moskva iqtisadi məsələlər üzrə, o cümlədən energetika sahəsində razılaşdırılmış mövqe yaratmalıdırlar.

Medvedev cümə axşamı Moskvada Asiya-Sakit Okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) XV Baş assambleyasının iştirakçıları ilə görüşündə demişdir: “Ölkələrimiz arasında mövcud olan xüsusi, tarixən səmimi münasibətlər nəzərə alınmaqla, bir sıra iqtisadi məsələlər barəsində razılaşdırılmış fəaliyyət xəttinin həyata keçirilməsi zəruridir”.

Rusiya hökumətinin başçısı Rusiya-Azərbaycan münasibətlərini “çox yaxşı münasibətlər” kimi səciyyələndirmişdir.

O demişdir: “Biz tərəfdaşlarıq və bütün istiqamətlər üzrə əməkdaşlığımızı inkişaf etdiririk. Həmişə belə olmuşdur, indi də belədir və güman edirəm ki, bundan sonra da belə olacaqdır. Bu, əməkdaşlığımızın demək olar ki, bütün sahələrində təzahür edir”.

Bununla bərabər, Medvedevin fikrincə, Rusiya ilə Azərbaycanın əməkdaşlığında, energetika sahəsi də daxil olmaqla, prioritet istiqamətlər vardır.

O demişdir: “Azərbaycan həm də energetika bazarının çox iri oyunçusudur və mənə belə gəlir ki, bir sıra məsələlər barəsində mövqelərimizin razılaşdırılması bizim üçün çox vacibdir”.

Rusiyanın Baş nazirinin fikrincə, müəyyən məqamlarda tərəflər bir-birinə rəqib olacaqlar, lakin beynəlxalq təcrübədə bu, normal haldır.

Dmitri Medvedev demişdir: “Lakin mənə belə gəlir ki, biz razılığa gələ biləcəyik. Hər halda, biz Rusiya hökuməti olaraq bizdən asılı olan nə varsa edəcəyik. Ümid edirəm ki, azərbaycanlı tərəfdaşlarımız - Azərbaycan rəhbərliyi də bu mövqedən çıxış edəcəkdir”.

Rusiyanın baş naziri ilə görüşdə Azərbaycanı AzərTAc və Trend informasiya agentlikləri təmsil edirdi.

Xatırladaq ki, sentyabrın 18-dən 20-dək Moskvada OANA-nın XV Baç assambleyasının iclası keçirilir.

1961-ci ildə ən iri media təşkilatı kimi yaradılmış OANA dünyanın 35 ölkəsindən 44 informasiya agentliyinin rəhbərlərini birləşdirir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında