Ankarada “Cənubi Qafqazın yüksələn ulduzu: İlham Əliyev dövründə Azərbaycan” kitabının təqdimatı keçirilmişdir

 

 

 

Sentyabrın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), ölkəmizin qardaş respublikadakı səfirliyi və Türkiyə Nazirlər Kabineti yanında Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Cənubi Qafqazın yüksələn ulduzu: İlham Əliyev dövründə Azərbaycan” kitabının təqdimatı keçirilmişdir.

SAM-ın mətbuat xidmətinin rəhbəri Mehriban Həsənova AzərTAc-a bildirmişdir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev və Prezident Administrasiyasının əməkdaşı Mehman Əliyev iştirak etmişlər.

Təqdimat mərasimini Ankara Universitetinin professoru, kitabın həmmüəllifi və elmi redaktoru Çağrı Erhan açmışdır.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, SAM-ın direktoru Fərhad Məmmədov, Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin rəhbəri Derya Örs və başqaları çıxış etmişlər.

Bildirilmişdir ki, kitabda Azərbaycanda davamlı inkişafdan, siyasi vəziyyətdən, demokratikləşmə prosesindən, ölkənin modernləşməsindən, təhsil, təhlükəsizlik siyasəti və hərbi sahədə islahatlardan söhbət açılır. Həmçinin kitabda Azərbaycanın xarici siyasətinin təməlləri (1991-2003), Azərbaycanın xarici siyasət hədəfləri və milli təhlükəsizlik strategiyası, Azərbaycanın enerji siyasəti, Qarabağın Ermənistan tərəfindən işğalı (1991-2002), İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan-Ermənistan münasibətləri, İlham Əliyevin hakimiyyəti dövründə xarici siyasət kursu, Azərbaycan-Ermənistan münasibətlərində ABŞ amili, Türkiyə-Ermənistan münasibətlərində hadisələrin gedişatının Azərbaycana təsiri, Müasir Azərbaycanda İlham Əliyevin hakimiyyəti dövrünün iqtisadi siyasəti, Türkiyə-Azərbaycan münasibətlərinin iqtisadi siyasəti, ticarət dövriyyəsi, Regional əməkdaşlıq və enerji əlaqələri, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Azərbaycanın Türkiyə, Rusiya və İran ilə əlaqələri kimi mövzular geniş yer almışdır.

Kitabın həmmüəllifi və elmi redaktoru Çağrı Erhan, digər həmmüəllifləri Mitat Çelikpala, İhsan Çolak, Mehmet Dikkaya, Aysun Gürbüz, Kamer Kasım, Samir Mərdanov, Güner Özkan, Cavid Vəliyev və Reha Yılmazdır.

Təqdimatın sonunda beynəlxalq münasibətlər və strateji araşdırmalar sahəsindəki uğurları və SAM-ın fəaliyyətinə vermiş olduğu dəstəyə görə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi (USAK), Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi (ORSAM), Avrasiya Araşdırmalar Mərkəzi (AVİM), Ankara Universiteti Avropa Xalqları Araşdırma və Tətbiqat Mərkəzinin direktoru Çağrı Erhan, Sabancı Universitetinin müəllimi və xarici işlər nazirinin müşaviri Bülent Aras, Giresun Universitetinin rektoru Aygün Attar, Kadir Has Universitetinin rektoru Mustafa Aydın və müəllimi Mitat Çelikpala, Türkiyənin keçmiş xarici işlər naziri Hikmet Çetin, “Turkish Policy Quarterly” jurnalının baş redaktoru Diba Nigar Göksel, Abant İzzet Baysal Universitetinin iqtisadi idarə elmləri fakültəsinin dekanı Kamer Kasım, Balıkesir Universitetinin müəllimi Səbahəttin Şimşir Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “STRATEJİ VİZYON” mükafatı ilə təltif olunmuşlar.

 

 

Prezident Administrasiyasının rəsmiləri “Azərbaycan: Xarici siyasət, reallıqlar və gələcəyə baxış” mövzusunda seminarda iştirak etmişlər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Türkiyənin Xəzər Strategiya İnstitutunu ziyarət etmişlər.

“Azərbaycan: Xarici siyasət, reallıqlar və gələcəyə baxış” mövzusunda keçirilən seminarda, həmçinin Türkiyənin nüfuzlu universitetlərinin rektor və dekanları, professorları iştirak etmişlər.

Görüşdə Azərbaycan-Türkiyə dostluq əlaqələri, siyasi, iqtisadi, mədəni, elm və təhsil, xüsusilə enerji sahəsindəki əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında