“New York Times” qəzetinin əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün XİN-ə müraciət etmişlər

 

 

 

“New York Times” qəzetinin əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün XİN-ə müraciət etmişlər

“New York Times” qəzetinin əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün XİN-ə müraciət etmişlər

“New York Times” qəzetinin əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün Xarici İşlər Nazirliyinə müraciət etmişlər.

Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi brifinqdə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir: “Biz dəfələrlə bildirmişdik ki, Azərbaycanın Xarici İşlər Nazirliyinə “qara siyahı”dan çıxarılma ilə bağlı müxtəlif şəxslərdən müraciətlər daxil olur. Onlar Azərbaycan tərəfinə müraciət edərək rəsmi Bakının razılığını almaq istəyirlər”.

E.Abdullayev bildirmişdir ki, ABŞ-ın “New York Times” qəzetinin Moskva bürosunun müxbirləri Noa Snayder, Viktor Klimenko, Ceyms Hill, Ben Salamon, Devid Herzinkom Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün Azərbaycan XİN-ə müraciət etmişlər. Hazırda onların müraciətinə baxılır.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının rəsmi şəxslərindən və Amerikanın Erməni Milli Komitəsinin qərb qanadı üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfəri barədə məlumat yayılmışdı. Həmin siyahıda olan Los Anceles Şəhər Şurasının üzvü Bob Blumenfild Azərbaycanın Los Ancelesdəki Baş konsulluğuna müraciət edərək Dağlıq Qarabağ regionuna səfər etmək üçün Azərbaycan tərəfinin razılığını istəmişdi.

E.Abdullayev demişdir ki, siyahıda olanların mütləq əksəriyyətinin erməni olması onu göstərir ki, bu gün beynəlxalq hüquq normalarına hörmət edilməsi olduqca zəruridir: “Qanunsuz səfərlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan tərəfi öz prinsipial mövqeyini sürdürəcək”.

Onun sözlərinə görə, “qara siyahı”dan çıxarılma ilə bağlı dəyişiklikləri XİN-in rəsmi saytındakı siyahıdan izləmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında