Trenerlər üçün treninqlər davam etdirilir

 

Mərkəzi Seçki Komissiyası (MSK) seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün mütəmadi olaraq layihələr hazırlayaraq həyata keçirir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, 2002-ci ildən əsası qoyulmuş və artıq ənənə halını almış layihələrdən biri də aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə olunmaqla həyata keçirilən treninq layihəsidir. Əvvəllər bu layihə kiçik trenerlər qrupu vasitəsilə həyata keçirilirdi. 2008-ci ildən etibarən isə Mərkəzi Seçki Komissiyası Avropa Şurasının Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 yerli trener hazırlamışdır. Bu trenerlər bir neçə ildir ki, dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayırlar.

2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı da aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə ikimərhələli treninq layihəsi hazırlanmışdır.

Xəbər verildiyi kimi, artıq sentyabrın 18-də birinci mərhələ çərçivəsində həyata keçirilən “Trenerlər üçün treninq”ə başlanılmışdır.

Treninq sentyabrın 19-da da  davam etdirilmişdir.

Treninqlər zamanı 125 seçki dairəsindən olan 250 yerli trener seçkilərdə səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılır, praktiki məşğələlər zamanı seçki günü ortaya çıxa biləcək müstəsna hallar əhatə olunur. Tədbirdə, həmçinin əvvəlki seçkilər zamanı keçirilmiş treninqlərdə əldə olunmuş təcrübə müzakirə edilərək iştirakçılara lazımi tövsiyələr verilir.

 Treninqlərdə MSK-nın treninq qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçilir,  “Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri”, “Seçki günü prosesləri və müstəsna hallar”, “Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması” və “Əvvəlki treninqlərdə qazanılmış təcrübə, seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması” mövzularında təqdimatlar edilir, müzakirələr aparılır.

MSK-nın treninq qrupu layihənin ikinci mərhələsində istifadə olunması məqsədilə aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün lazımi məlumatları əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq seçki dairələri üzrə treninq qruplarına təqdim edəcəkdir.

Aşağı seçki komissiyaları üçün treninqlərin ikinci mərhələsi sentyabrın 23-dən etibarən başlayacaq və Mərkəzi Seçki Komissiyasının treninq qrupunun təqdim etdiyi cədvələ əsasən 25-30 nəfərlik kiçik qruplar üçün əyani vəsaitlərdən istifadə edilməklə keçiriləcəkdir. Bu proses təqribən 15 günədək davam edəcəkdir. Treninq çərçivəsində aşağı seçki komissiyası üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılacaqlar. Həmçinin treninqlər zamanı hər bir məntəqə seçki komissiyasının  üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunacaqdır. Treninqlərin sonunda MSK-nın hazırladığı, səsvermə günü seçki məntəqəsində icra olunacaq hərəkətləri özündə əks etdirən videofilm nümayiş etdiriləcəkdir.

Bütünlükdə bu treninqlərdə 32 mindən artıq komissiya üzvünün iştirakı nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında