Sinqapurun ticarət və sənaye naziri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda rəsmi səfərdə olan Sinqapur Respublikasının ticarət və sənaye naziri Lim Nq Kianq sentyabrın 19-da Fəxri Xiyabana getmiş, orada xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad etmiş, onun məzarı önünə əklil qoymuşdur.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad etmiş, onun məzarı önünə tər çiçəklər qoymuşdur.

AzərTAc xəbər verir ki, Lim Nq Kianq Şəhidlər Xiyabanına getmiş, “Əbədi məşəl” abidəsi önünə tər çiçəklər qoymuşdur.

Qonağa Şəhidlər Xiyabanının tarixi və Azərbaycan paytaxtında aparılan tikinti və abadlıq işləri barədə məlumat verilmişdir. Nazir Bakının panoramını seyr etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında