Elman Abdullayev: “İşğal olunmuş Dağlıq Qarabağda fəaliyyət göstərən xarici şirkətlərin böyük hissəsi əslində başqa ölkələrdə yaşayan ermənilər tərəfindən yaradılmışdır”

 

İşğal olunmuş Dağlıq Qarabağda fəaliyyət göstərən xarici şirkətlərin böyük hissəsi əslində başqa ölkələrdə yaşayan ermənilər tərəfindən yaradılmışdır.

Bunu sentyabrın 13-də jurnalistlər üçün keçirilmiş brifinqdə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirmişdir.

E.Abdullayev demişdir: “Həmin şirkətlərin  sərmayə imkanları çox məhduddur. Şirkətlər erməni lobbisi tərəfindən yaradılmışdır və onlar tərəfindən idarə olunur. Bütün bunlar aşkar  şəkildə sübut edir ki, əslində hər hansı xarici investisiyalardan söz gedə bilməz. Dünyada məşhur brendlərin guya bu əraziyə yatırdıqları investisiyaların ümumi həcmi ilə bağlı məlumatlar  uydurmadır”.

XİN-in təmsilçisinin sözlərinə görə, Qarabağda inkişafı təmin etməyə və əlverişli investisiya ab-havası yaratmağa qadir olan yeganə dövlət Azərbaycandır. Çünki bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilmir. E.Abdullayev demişdir: “Qarabağın inkişafı yalnız Azərbaycan Respublikasının tərkibində mümkündür. Bu ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarımız da bunu çox gözəl başa düşürlər. Ona görə də, erməni diasporunun dəstəyi ilə Dağlıq Qarabağda açılmış sexlər iqtisadi inkişafın göstəricisi deyildir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında