Bakıda “Qara dəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətlərinin Rəhbərləri Müşavirəsinin X iclası keçirilmişdir

 

Sentyabrın 12-dən 13-dək Bakı şəhərində beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınması sahəsində xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr edilmiş “Qara dəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətlərinin Rəhbərləri Müşavirəsinin X iclası keçirilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, tədbirdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin, Bolqarıstan, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanın kəşfiyyat xidmətləri rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş və məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra iclasın iştirakçıları Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş soydaşlarımızın məzarları üzərinə gül dəstələri düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Sonra tədbiri giriş sözü ilə “Qara dəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətləri Rəhbərlərinin Müşavirəsi iclasının sədri, milli təhlükəsizlik naziri Eldar Mahmudov açmışdır.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını iclas iştirakçılarına çatdırmış və dövlətimizin başçısının təbrik məktubunu oxumuşdur. (Təbrikin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

X iclasda beynəlxalq terrorçuluq, ekstremizm, habelə bu cür hüquqazidd təzahürlərin, ümumən forum dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması sahəsində kəşfiyyat xidmətlərinin əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. İclasın əsas mövzusu olan enerji təhlükəsizliyi məsələsi geniş təhlil olunmuş, həssas məqamlar və qarşıda duran vacib vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır. 

Milli təhlükəsizlik naziri Eldar Mahmudov çıxışında enerji təhlükəsizliyinin aktual məsələ olduğunu, regional və beynəlxalq əhəmiyyət daşıdığını diqqətə çatdırmış, ümumən terrorçuluğun, ekstremizm və radikallaşma meyillərinin, bundan irəli gələn təhdidlərin dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhlükə olduğunu bildirmişdir. Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində intensiv və səmərəli informasiya mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. Milli təhlükəsizlik naziri müşavirə iştirakçısı olan ölkələrin xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirmişdir. E.Mahmudov həmçinin müşavirənin X iclası çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin səmərəliliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulamışdır.

Müşavirənin X iclasının yekunları üzrə qəbul olunmuş memorandumda kəşfiyyat xidmətlərinin rəhbərləri “Qara dəniz - Xəzər dialoqu” ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərlə, habelə regional sabitlik və əmin-amanlıq əleyhinə yönəlmiş təhlükələrlə mübarizə sahəsində tərəfdaşlıq münasibətlərinin və qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişləndirilməsi işində qətiyyətli olduqlarını, siyasi, iqtisadi, enerji və informasiya təhlükəsizliyinin təmin olunması, həmçinin maraq doğuran digər məsələlərin həlli üçün səylərin artırılacağını bəyan etmişlər.   

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında