Avropa Birliyinin komissarı: Bəzi tərəfdaşlarımıza nə qədər ciddi təzyiqlərin göstərildiyini görürük

 

 “Bəzi dairələr Avropa Birliyinin öz Şərq tərəfdaşları ilə siyasi assosiasiyası və iqtisadi inteqrasiyasını təhlükə sayır. Biz bəzi tərəfdaşlarımıza nə qədər güclü təzyiqlərin göstərildiyini görürük”.

APA -nın xəbərinə görə, bu sözləri Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle Avropa Parlamentinin toplantısında çıxış edərkən demişdir. O bildirmişdir ki, Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqının nizamnaməsi ilə AB-nin Ukrayna, Moldova, Gürcüstan və Ermənistanla imzalamaq istədiyi dərin və hərtərəfli azad ticarət zonası (DCFTA) haqda saziş üst-üstə düşmür: “Bunun səbəbi ideoloji fikir ayrılığı və iqtisadi blokların toqquşması deyil. Bu, hüquqi məsələlərlə bağlıdır. Məsələn, gömrük tariflərini DCFTA-ya uyğun olaraq azaltmaq və eyni zamanda Gömrük İttifaqının tələblərinə uyğun olaraq artırmaq mümkün deyil. DCFTA-nın üstünlüklərindən faydalanmaq üçün bizim tərəfdaşlarımız öz ticarət siyasətləri üzərində tam suverenlik hüququna malik olmalıdır, bu isə Gömrük İttifaqı daxilində mümkün deyil”.

 Bununla yanaşı, Ş. Füle Gömrük İttifaqına üzv olmağın hər ölkənin öz hüququ olduğunu vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında