Mərkəzi Seçki Komissiyasının növbəti iclası

 

Sentyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti  iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildirmişlər ki, əvvəlcə Cəmil Poladxan oğlu Həsənlinin prezidentliyə “Demokratik qüvvələrin Milli Şurası” təşəbbüs qrupu tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması barədə məsələyə baxılmışdır. Qeyd edilmişdir ki, namizədin müdafiəsi üçün  toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli  olan sənədlər namizədin səlahiyyətli nümayəndəsi tərəfindən MSK-ya təqdim edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınması üçün əsasların olması müəyyən edilmişdir.

Komissiya Cəmil Həsənlinin 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınması barədə qərar qəbul etmişdir.

İclasda Əhməd Abdul oğlu Orucovun prezidentliyə Azadlıq Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınmasına dair məsələyə baxılmışdır. Bildirilmişdir ki, namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur. Mərkəzi Seçki Komissiyası Əhməd Orucovun  namizədliyinin qeydə alınmasından imtina barədə qərar qəbul etmişdir.

Komissiya  Ədalət Partiyasının namizədi İlyas Abbas oğlu İsmayılovun da namizədliyinin qeydə alınması barədə məsələyə baxmışdır. MSK həmin şəxsin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında