Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

 

Sentyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti  iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildirmişlər ki, əvvəlcə MSK-nın 9 sentyabr 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra Qüdrət Müzəffər oğlu Həsənquliyevin prezidentliyə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması barədə məsələyə  baxılmışdır. Qeyd edilmişdir ki, namizədin müdafiəsi üçün toplanmış seçici imzaları  olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər namizədin  səlahiyyətli nümayəndəsi tərəfindən MSK-ya təqdim olunmuşdur. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınması üçün əsasların olması müəyyən edilmişdir.

Komissiya Qüdrət Həsənquliyevin 2013-cü il oktyabrın 9-na təyin edilmiş prezident seçkilərində namizəd kimi qeydə alınması barədə qərar qəbul etmişdir.

Mərkəzi Seçki Komissiyası Hafiz Ələmdar oğlu Hacıyevin prezidentliyə Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması barədə də qərar qəbul etmişdir.

İclasda Fuad Ağası oğlu Əliyevin prezidentliyə Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınmasına dair məsələyə baxılmışdır. Bildirilmişdir ki, namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün MSK-ya təqdim edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasların olduğu müəyyən edilmişdir.  Namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur. Mərkəzi Seçki Komissiyası Fuad Əliyevin namizədliyinin qeydə alınmasından imtina barədə qərar qəbul etmişdir.

Komissiya Azərbaycan Sosial Demokrat Partiyasının namizədi Araz Məmməd Mübariz oğlu Əlizadənin və Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc İbrahim oğlu Quliyevin namizədliyinin qeydə alınması barədə məsələləri də müzakirəyə çıxarmışdır. Komissiya hər iki şəxsin namizədliyinin qeydə alınması barədə qərarlar qəbul etmişdir.

İclasda 12 saylı Qaradağ-Binəqədi-Yasamal və 103 saylı Gədəbəy seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.

MSK cari məsələlərə də baxmışdır.

Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında