Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında olmuşlar

 

Sentyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Xüsusi Komitəsinin  oktyabrın 9-da keçiriləcək  prezident seçkilərinin müşahidəsi üzrə missiyasının rəhbəri Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahov ilə görüşmüşdür.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, MSK-nın sədri AŞPA müşahidəçilərinin qarşıdan gələn prezident seçkilərində müşahidəçilik missiyasını həyata keçirəcəklərindən məmnun olduğunu qeyd etmişdir.

Missiyanın rəhbəri seçkilərdə müşahidəçilik institutunun önəmli olduğunu və MSK-nın seçkilərin keçirilməsində vacib rol oynadığını demişdir.

Nümayəndə heyətinin rəhbəri ölkədəki seçkiqabağı vəziyyətlə maraqlanmışdır.

Sədr qonaqları ölkədəki seçkiqabağı durum barədə məlumatlandırmış və rəhbərlik etdiyi qurumun seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı gördüyü işlərdən danışmışdır. Vətəndaşların seçki hüququnun təmin edilməsi üçün lazımi işlərin görüldüyünü qeyd edən M.Pənahov ölkədəki seçki məntəqələrinin səsverməyə tam hazır vəziyyətə gətirilməsi üçün bütün qanuni addımların atıldığını diqqətə çatdırmışdır. O bildirmişdir ki, şəffaflığın təmin edilməsi məqsədi ilə müşahidəçilik üçün quruma müraciət edən şəxslərin hamısına müsbət cavab verilir. Komissiya sədri  bildirmişdir ki, ötən seçkilərin təcrübəsinə əsaslanaraq qarşıdan gələn seçkiləri on minlərlə müşahidəçinin izləyəcəyini ehtimal etmək olar.

Qonaqların suallarını cavablandıran M.Pənahov MSK-nın həyata keçirdiyi irimiqyaslı maarifləndirmə proqramı haqqında da ətraflı məlumat vermişdir.

Missiyanın üzvləri ətraflı məlumata görə Mərkəzi Seçki Komissiyasının sədrinə təşəkkürlərini bildirmiş və qarşıdan gələn seçkilər ərəfəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında